Ramil Usubov nazir müavininin rəis qardaşını işdən çıxardı

Ramil Usubov nazir müavininin rəis qardaşını işdən çıxardı
Bütün Xəbərlər
10:54 22.10.2015
6251
Nazir əmr imzalayıb.
Bakıda daha bir polis rəisi işdən çıxarılıb.
AZXEBER.COM  xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.
OXŞAR XƏBƏRLƏR