Ramin Həkimov Londondakı türklərə ASAİF haqda danışdı
GƏNCLİK
14:59 22.10.2012
2137
ASAIF-in sədri Ramin Həkimov Londonda təsis olunan və Türk tələbələr təşkilatı olan Network of Students (NOS) tərəfindən Türkiyə Respublikasının Böyük Britaniyadakı səfirliyində fövqəladə və səlahiyyətli səfirin müavinləri Ferid Orçun Başaran, Serkan Kıramanlıoğlu və Enerji məsələləri üzrə ekspert – səfirin müavini Zeynep Erşahin Aşık ilə təşkil olunan görüşlərdə iştirak edib. Daha sonra Türkiyə Respublikasının Londondakı konsulluğunda təşkil olunan görüşdə Baş Konsul Ahmet Demirok və vitse-konsul Barış Elmenerlə görüşlər keçirilib. Keçirilən görüşlərdə ASAIF və onun fəaliyyəti, gördüyü işlər, NOS ilə birlikdə əməşdaşlığın və birgə keçiriləcək olan layihələrin Azərbaycan və Türkiyə Respublikalarının Londondakı səfirlik və konsulluqlarının bu layihələrə verə biləcəkləri dəstəklər və bir çox digər məsələlələr müzakirə olundu. Görüşdə Ramin Həkimov Azərbaycanlı tələbələrin Türkiyənin Londondakı səfirlik və konsulluğunda intern-təcrübə keçməsi məsələlərini də dilə gətirərək belə bir təşəbbüsün reallaşmasının çox önəmli və hər iki tərəf üçün faydalı olacağını bildirdi. Cavabında Baş Konsul Ahmet Demirok isə belə bir təklifin ilk dəfədir ki səsləndiyini və təşəbbüsün həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirdi. Görüşlər zamanı Ramin Həkimova NOS-un idarə heyyətində təmsil olunması təklifi verildi və nəticə olaraq ASAIF-in sədri təşkilatın idarə heyyətinə daxil edildi. Xatırladaq ki bu ilin may ayında NOS-un təşkilatçılığı İstanbul və Ankarada olmaqla baş tutan 6 günluk tədbirlərdə Türkiyə Respublikasının bir çox dövlət adamı, millət vəkilləri, nazirləri və Baş Nazir Recep Tayyip Erdoğanla görüşlər keçirilmiş və bu görüşlərdə ASAIF-i Ramin Həkimov təmsil etmişdir.