Ramin Məmmədov XV Türk Dünyası Gəncləri Günləri və Qurultayında iştirak edəcək

GƏNCLİK
11:30 17.12.2012
1387

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov 16-19 dekabr 2012-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək XV Türk Dünyası Gənclik Günləri və Qurultayında iştirak edəcəkdir. Sözü gedən tədbirin məqsədi müxtəlif türkdilli dövlət və xalqların gənclik təşkilatlarını bir araya gətirmək, onlarla görüşlər keçirmək və gələcək fəaliyyətlərlə bağlı razılaşmalar əldə etməkdir.

Qurultayda bir çox Azərbaycan, Türkiyə rəsmiləri iştirak edəcəklər. Qurultay Gənclər və İdman Nazirliyinin və həmçinin Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR