Ramiz Həsənov: “Azərbaycan halal standartı hələlik müəyyən olunmayıb”

Bütün Xəbərlər
18:33 20.01.2011
2209

Komitə sədri yeyinti məhsullarının keyfiyyəti ilə bağlı əsasən çörək istehsalında problemlərin olduğunu da bildirib: “Bu problem demək olar ki, bütün yeyinti sahələrində var. Lakin əsasən çörək istehsalında problemlər çoxdur. Ötən il yüzdən çox çörəkbişirmə sexinə cərimə sanksiyası tətbiq olunub”. 

Ramiz Həsənov Azərbaycan standartlarının Avropa standartlarına uyğunlaşdırılması sahədə işlərin görüldüyünü deyib: “Biz çalışırıq ki standartlarımız Avropada tanınsın. Bununla bağlı prezidentin göstərişi var. Ötən il 162 standart qəbul etmişik. Eyni zamanda Azərbaycanın yeyinti məhsullarından cemlər, şirələr, mürəbbələr Avropa ölkələrinə ixrac olunur”./// APA

 

OXŞAR XƏBƏRLƏR