Ramiz Mehdiyev: “Azərbaycanda internet istifadəçilərinin sayı orta dünya göstəricisini təxminən iki dəfə üstələyir”

Ramiz Mehdiyev: “Azərbaycanda internet istifadəçilərinin sayı orta dünya göstəricisini təxminən iki dəfə üstələyir”
Bütün Xəbərlər
10:42 03.12.2012
1338
“Avropa insan hüquqları Konvensiyasına imza atan Azərbaycan Avropa demokratiya ailəsinin ayrılmaz bir üzvünə çevrilib, insan amilini, onun hüquq və azadlıqlarının təmin edilməsi kontekstində inkişafını dövlət siyasətinin əsas meyarı kimi təyin edib”.
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
 
Administrasiya rəhbəri bildirib ki, bu gün Azərbaycanda insan bütün inkişafın həm məqsədi, həm də hərəkətverici qüvvəsidir: “MDB məkanında senzuranın ləğvini irəli sürən birinci ölkə olan Azərbaycanda hazırda internet istifadəçilərinin sayı təqribən hər 100 nəfərə 65 nəfər olmaqla orta dünya göstəricisini təxminən iki dəfə üstələyir. Hökumətin fəaliyyətində hesabatlılıq və şəffaflığın təmin olunmasında, həmçinin vətəndaşların idarəetmə proseslərinə cəlb edilməsi işində internetə azad çıxışın rolu böyükdür”.
OXŞAR XƏBƏRLƏR