“Prezident Administrasiyasında işin həcminin artması ilə əlaqədar son təyinatlarla bağlı cənab Prezident tərəfindən qərarlar qəbul olundu".
Administrasiya rəhbərinin müavinləri məsələsi həll olundu. Burada başqa bir fikir yoxdur. Sadəcə, söhbət işin çoxluğu və vəzifələrin artmasından gedir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev verib.
O Prezident Administrasiyası rəhbərinin müavinləri təyin olunmuş Prezident köməkçilərinin eyni zamanda öz vəzifələrində qaldıqlarını deyib.