Ramiz Mehdiyev: 'Şah İsmayılın dahiliyi və onun Azərbaycan xalqı qarşısında xidmətləri şübhəsizdir'

Ramiz Mehdiyev:
Bütün Xəbərlər
16:29 29.11.2012
1435
Prezident Administrasiyasının rəhbəri Şah İsmayılı müdafiə edən məqalə yazdıAzərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Səfəvi hökmdarı Şah İsmayıl Xətainin siyasi fəaliyyəti ilə bağlı geniş məqalə yazıb. “Qafqazinfo”nun”Azərtac”a istinadən verdiyi xəbərə görə, Administrasiya rəhbəri Səfəvilər dövlətinin yaradılması tarixinin heç də həmişə düzgün və ciddi elmi meyarlarla təqdim edilmədiyini vurğulayıb. Eyni zamanda bu problematika üzrə yazmaq məsuliyyətini öz üzərinə götürən bəzi müəlliflərin baxışlarının bir çox hallarda qərəzli və subyektiv xarakter daşıdığını bildirib: “Azərbaycan, Azərbaycan xalqı, onun tarixi və mədəniyyəti çoxəsrlik tarixə malikdir. Buna baxmayaraq, bizim bədxahların şüurunda Azərbaycan və onun tarixi ilə bağlı hələ də yanlış təsəvvür yaranmaqdadır. Düşünürəm ki, buna təəccüblənmək lazım deyil, çünki bu, qavramama sindromundan əziyyət çəkənlərin qismətidir. Bu halda, kliniki müdaxiləsiz daimi hallüsinasiyalardan qurtulmaq mümkün olmur... Orta əsrlərin və yeni tarixin bəzi müəllifləri ilk olaraq Şah İsmayılın əsl məqsədlərinin inkarı kursunu rəhbər tutaraq, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe nümayiş etdirdilər”.  R. Mehdiyev nümunə olaraq 2012-ci noyabrın 24-də “Zerkalo” qəzetində dərc olunan tarix elmləri doktoru Fərid Ələkbərlinin Şah İsmayıllla bağlı məqaləsini göstərib: “Açıq deyəcəm, müəllifin vətənpərvərliyi sual yaratmır... Lakin onun məqaləsini uğurlu hesab etmək olmaz... F.Ələkbərli hesab edir ki, Şah İsmayıl Azərbaycan tarixində əhəmiyyətli və eyni zamanda mübahisəli fiqurlardan biridir. Artıq müəllifin bu sözləri ona sübut edir ki, o, Şah İsmayılın bioqrafiyasında onun böyüklüyünü heçə götürəcək səhifələr axtarır. Şah İsmayıl idarəetməsində minuslar axtarmaq, onu ləkələmək istəyənlərin dəyirmanına su tökməyə bərabədir”. Akademik onun fəaliyyət və bioqrafiyasını şiəliyi dövlət ideologiyası səviyyəsində elan etməsi ilə məhdudlaşdıranan həmyerlilərimizi bu addımın siyasi hədəfini açmamaqda qınayıb: “Şah İsmayıl fenomeninin əsas əlaməti odur ki, poeziya, yaradıcılıq əyləncə, dövlət başçısının hansısa əlavə məşğuliyyəti deyildi, əksinə, siyasi ideyaların daha təsirli, inandırıcı təbliğat üsulu, öz ideallarının, hədəf və tapşırıqlarının yayılma və izah üsulu idi”.
OXŞAR XƏBƏRLƏR