Azərbaycan Respublikasının Prezidentiİlham ƏliyevR.Ə.Mehdiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZXEBER.COM AzərTAc-a istinadən bildirir ki, Sərəncamda deyilir: "Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Şərəf” ordeni ilə təltif edilsin".