Ramiz Mehdiyev yenə məlum videodan danışdı: 'Kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq'

Ramiz Mehdiyev yenə məlum videodan danışdı:
Bütün Xəbərlər
13:53 03.12.2012
1316

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dekabrın 3-də Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” adlı beynəlxalq konfransa qatılan jurnalistlərin suallarını cavablandırarkən bir sıra məsələlərə toxunub.

Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın videogörüntüləri ilə bağlı müzakirələrə münasibət bildiriən Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, bu məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər rəy bildirilib."Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcəkdir. O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara - bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də vardır. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq”. /// modern.az

OXŞAR XƏBƏRLƏR