Ramiz Mehdiyev: 'Ziyalılar Forumu Azərbaycan ziyalılarını təmsil etmir'

Ramiz Mehdiyev:
Bütün Xəbərlər
13:04 03.12.2012
1030
“Ziyalılar Forumu Azərbaycan ziyalılarını təmsil etmir. Sadəcə, 10-20 nəfər yığışıb, belə bir təşkilat yaradıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev deyib.  
 
“Təşkilatçıların bu gününü, keçmişini təhlil etsəniz, görərsiniz ki, onların məqsədi nədən ibarətdir. Kimsə deputat seçilməyib, kimisinin biznesi baş tutmayıb, kimsənin bir marağı olub, onu təmin edə bilməyib, kimsə işdən qovulub... Bu tipli insanlar orada yığışıb, deyə bilərəm ki, əylənirlər”, - deyə R. Mehdiyev qeyd edib.
 
PA rəhbəri Azərbaycanın gələcəyi üçün bu forumun heç bir əhəmiyyəti olmadığını vurğulayıb: “Azərbaycanda ziyalılar yüz minlərlədir. Azərbaycan prezidentinin ölkənin gələcəyi ilə bağlı geniş planları var”.
OXŞAR XƏBƏRLƏR