Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Prezident Administrasiyasının rəhbərinin 3 müavini təyin edilib.
AZXEBER.COM-un prezindetin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, administrasiyanın rəhbərinin müavini vəzifələrinə Əli Əsədov, Novruz Məmmədov və Zeynal Nağdəliyev təyin olunublar.
Qeyd edək ki, Əli Əsədov buna qədər prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Novruz Məmmədov beynəlxalq əlaqələr üzrə şöbənin, Zeynal Nağdəliyev isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrini tutublar.
Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevdir.