Ramiz Quliyevin vəziyyəti pisləşib - Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdü

Ramiz Quliyevin vəziyyəti pisləşib - Müalicəsini Heydər Əliyev Fondu üzərinə götürdü
MƏDƏNİYYƏT
20:27 29.09.2025
966
Xalq artisti, məşhur tarzən Ramiz Quliyev səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Qafqazinfo”ya onun oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib.

O bildirib ki, Ramiz Quliyev hazırda reanimasiya şöbəsindədir. Birinci-vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Ramiz Quliyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb:

"Ramiz müəllim haradasa bir il  əvvəl böyrəkləri ilə bağlı problem yaşadı. Biz həkimləri ilə danışırdıq, müəyyən müalicə tədbirləri görürdük. Amma bir neçə gün bundan əvvəl halı həqiqətən ağırlaşdı və kritik bir vəziyyətə çatdı. Mən tanıdığım həkimlərlə məsləhətləşdim və onlar bildirdilər ki, Ramiz müəllimi təcili xəstəxanaya yerləşdirmək lazımdır və nəzarətə götürülməlidir. Vəziyyəti ağır olduğu üçün Heydər Əliyev Fondunun rəhbərliyinə müraciət etdim. Sağ olsunlar, ən yüksək səviyyədə bizə dəstək oldular. Sentyabrın 23-ü müraciət etdim və artıq bir neçə saat ərzində o dəstəyi hiss etdim. Prezidentin köməkçisi Anar Ələkbərov dərhal zəng etdi və hər şeyi detalları ilə məndən soruşdu. Bütün məlumatları ona verdikdən sonra qərar verildi ki, dərhal xəstəxanaya yerləşdirilsin. Hətta bizə xəstəxana seçimində də şərait yaratdılar. Dərhal təcili yardım maşını gəldi və onu xəstəxanaya yerləşdirdilər. Çünki hər dəqiqə, hər saniyə çox dəyərli idi. Həm onun üçün, həm də bizim üçün çox gərgin, həyəcanlı anlar idi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
19:56 13.10.2026
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
19:38 13.10.2026
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
19:24 13.10.2026
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
19:11 13.10.2026
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
18:48 13.10.2026
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
18:35 13.10.2026
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq