R. Rzayev çıxışında məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verdiyini deyib: “Bəzən həkim-psixiatrın verməli olduğu rəy aidiyyatı olmayan şəxslər tərəfindən verilir. Bir çox hallarda həkim-psixiatrın rəyi nəzərə alınmır və azadlığa buraxılan şəxslər tərəfindən təkrar cinayətin törətməsi faktları aşkar olunub. Bir nəfər atasını öldürüb, anasını öldürməyə cəhd edib. Həmin şəxsin barəsində məcburi müalicə təyin olunub. Lakin sonradan məhkəmə həmin şəxsi - yəni İlqar Rzayevi azadlığa buraxıb. O da anasını öldürüb. Biz onu azadlığa buraxan hakimin fəaliyyətinə vaxtından əvvəl xitam vermişik. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslərin psixiatriya xəstəxanasına göndərilməsi barədə düzgün qərarlar verilmir. Bu işlər üzrə məhkəmə iclas protokolları çox qısa şəkildə şablon kimi tərtib olunur. Bu da onu göstərir ki, hakimlər protokolları oxumurlar”.
//APA