“Qəlblərimiz Azərbaycan xalqı ilədir”.
Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyevə “Günəşli” neft platformasında baş verən yanğın nəticəsində insan ölümü ilə əlaqədar başsağlığı verib.
AZXEBER.COM xəbər verir ki, başsağlığında deyilir:
“Salam Əleyküm, Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyev! Biz “Günəşli” neft yatağında baş verən faciəli hadisə ilə bağlı kədər hissini sizinlə bərabər yaşayırıq. Platformadakı yanğın insan tələfatına gətirib çıxarıb, itkin düşənlər var.
Bu ağır zamanda bizim qəlblərimiz Azərbaycan xalqı, “Günəşli” neftçilərinin qohumları və yaxınları ilə bərabərdir.
Əziz İlham Heydəroviç, sizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, uca Allahdan həlak olanlara rəhmət diləyirəm. Səmimi hörmətlə, Ramzan Kadırov”.