Rasim Balayevin yerinə kim SEÇİLƏCƏK?

Rasim Balayevin yerinə kim SEÇİLƏCƏK?
MƏDƏNİYYƏT
19:44 02.04.2026
1113
"Vida mərasimində iştirak etmişəm. Oraya gəldim, jurnalistlər üstümə tökülüşdü. Az qaldı Rasim Balayev yaddan çıxsın. Hərəyə də bir cümlə dedim ki, o, bir ustad olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi. Rasim Balayev axirət dünyasını zənginləşdirməyə getdi".

AZXEBER.COM xəbər verir ki, bunu Yeni Sabah-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

O, R.Balayevin yasında iştirak edə bilməsə də, mərhumun məzarını ziyarətə getdiyini bildirib:

"Açığı yas yerinə getmədim. Ona görə ki, hamı üstümə gəlir və daxilən əsəbiləşirəm. Böyük bir dostumu itirmişəm. Onun günahına görə itirmişəm, özümün yox. İki gün əvvəl səhər tezdən getdim Birinci Fəxri xiyabana, qəbrini tapdım. Düz 20 dəqiqə oturub onunla dərdləşib, söhbətləşdim. Səhvlərimizi və düzlərimizi ona deyib gəldim".

Kinorejissor Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədrin R.Balayevin 40-ı çıxandan sonra seçiləcəyini deyib:

"Qurultay çağırılacaq, ondan sonra sədr seçiləcək. Amma Şəfiqə Məmmədova dəqiq olmayacaq. 12 ildir oraya yapışıb qalıb. Biz Rasim Balayevi İttifaqa sədr seçəndə Şəfiq durub istefa verdiyini desə də, hələ oradadır. Bu qədər özbaşınalıq olmaz. Kimə güvənir, kimə arxalanır bilmirəm. Kino xalqın tarixi və mədəniyyətidir. Şəfiqə yapışıb yaxamızdan əl çəkmir. Bu adam 43 ildir kinostudiyanın qapısını tanımır.

Kimin seçilməsi önəmli deyil. Əsas odur ki, kino adam olsun. Mənim fikrimcə yeni sədr rejissor Cəmil Quliyev olmalıdır. Vəssalam. Həm dövlət adamıdır - əvvəllər müxtəlif vəzifələrdə, o cümlədən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru işləyib, həm də böyük təcrübəsi var. Kinorejissor və dramaturqdur. 3-4 dildə də sərbəst danışır. Təşkilati istedadı da var".

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə aldığı klinikada vəfat edib. O, ağciyər xərçəngi və yüksək şəkər səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Onun vəfatından sonra AKİ-də sədr vəzifəsi boş qalıb. Yeni sədr isə mərhumun qırx mərasimindən sonra keçiriləcək qurultayda seçiləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib
00:58 05.11.2026
Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib