“Madam ki, o, Xocalıda 650 min azərbaycanlının qırılmasında bilavasitə iştirak edib, madam ki, o, Azərbaycanın işğal olunmuş torpaqlarında “hərbi əməliyyatlar”da həyasızcasına iştirak edir, madam ki, o, Azərbaycan torpaqlarını qeyri-qanuni işğal edən və nəzarətdə saxlayan ölkənin prezidentidir, bütün bunların fonunda Dağlıq Qarabağa səfəri Serj Sarqsyanın ən böyük günahı deyil”, - deyə Rasim Musabəyov vurğulayıb.
Bu gün Serj Sarqsyan Xankəndinə səfər edib və separatist rejimin müşayiəti ilə işğal olunmuş Azərbaycan şəhərinin hava limanına baxış keçirib.
“Bir şeyi deyə bilərəm ki, nə qədər istəyir səfər etsin, Xankəndidəki hava limanı beynəlxalq hava limanı kimi fəaliyyət göstərməyəcək”, - Musabəyov bu fikirdədir.
/// salamnews