Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

SİYASƏT
20:43 10.07.2020
676
Sosial şəbəkələrdə virtual fəaliyyət sözsüz ki, hər bir kəsin və yaxud kəslərin, ya da hansısa toplumun hüququdur ki, bunu da hər bir toplum, qurum və ya kəs öz imkanları, eyni zamanda intellektual potensialı daxilində ifadə edir.

Bu fikirləri Trend-ə açıqlamasında Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev "Milli Şura-AXCP"nin növbəti videokonfrans formatındakı iclasının görüntülərinə münasibət bildirərkən deyib.

Qurum rəhbəri bildirib ki, "Milli şura" adlı qurumun son dövrlər virtual "iclasları"na bəlkə çox da diqqət ayırmağa dəyməz: "Bəlkə də bu qeyri-ciddi "iclaslar" həmin çevrənin intellektual potensialının, "siyasi fəaliyyətinin" və "vətənpərvərliyi"nin ən gözəl, ən dəqiq ifadə və göstəricisi kimi eşidib bilənlərin nəzərində və fikrində çox aydın təəssürat yaratmaq, qiymətləndirmək baxımından faydalı da ola bilər. Amma milli və mənəvi dəyərlərin əxlaqi dəyərlərin, milli sərvətimiz olan tarixi şəxsiyyətlərin ucuzlaşdırılmasına, təhqir olunmasına yol açan hərəkətlərə icazə vermək olmaz: "Sadəcə olaraq bir məsələni xatırlamaq ehtiyacı hiss edirəm ki, "Milli şura" adlı qurum 2013-cü ildə Azərbaycanda Prezident seçkiləri ərəfəsində dövlətimizə və xalqımıza təzyiq vasitəsi kimi xaricdən idarə olunaraq yaradıldı və bunu hətta siyasətlə maraqlanmayanlar da bilir. Sonra isə həmin dövr üçün nəzərdə tutulmuş mövsümi proyekt olduğuna görə Azərbaycanda bu "ideya"nın sosial, mənəvi-psixoloji bazası olmadığı üçün uğursuzluğa düçar oldu. Və yalnız bir qrup şəxslər korporativ maraqlarına müvafiq olaraq, əslində onların geriyə yolu da qalmamışdı, çox aşağı səviyyədə bu "ideya" ətrafında manipulyasiya etməyə başladılar. Bu da kiçik qrupun korporativ marağının ucuz maddi təminat vasitəsi kimi istifadə cəhdindən başqa bir şey deyildi və deyil. Bir kiçik xronoloji xatırlatma etməyə çalışsa hər kəs görər ki, son illərdə Azərbaycanda istər mədəniyyət, istər idman, istər humanitar və siyasi istənilən beynəlxalq miqyaslı tədbir daxildən və xaricdən standart vasitələrlə "Milli şura" və eyni bəzi xarici qaynaqlardan tənqid atəşinə məruz qalıb. Azərbaycan dövlətinin və xalqımızın maddi-mənəvi inkişafına xidmət edən, dövlətin və vətəndaşın nüfuzunu ucaldan hər bir beynəlxalq meqalayihə dərhal xaricdən eyni qaynaqlardan və daxildən "Milli şura" tərəfindən eyni məntiq və "arqumentlərlə" tənqid atəşinə məruz qalmışdır. Dövlətimizin zəifləməsinə sevinmək arzusunu gizlətməyi lazım bilməyənlərin özünü ifşasını sadəcə olaraq müşahidə edərək belə azərbaycanlıların varlığına təəssüf edirəm. Kaş belə olmayaydı. Bütün bunlar hamısı aydındır və millət adına təəssüf ki, real həqiqətlərdi”.

Rasim Quliyev əlavə edib ki, Azərbaycan dövlətinə, xalqımıza qarşı aparılan mübarizənin çox vacib elementlərindən biri də mənəvi terrordu: "İki yüz ildir ki, xalqımız mənəvi terrorla üz-üzədir. İdeoloji mərkəzlərin xalqımıza qarşı həyata keçirdiyi ideoloji fəaliyyətin bir tərəfi də milli-mənəvi dəyərlərin ucuzlaşdırılması, dəyərsizləşdirilməsidir ki, məsələn, belə bir qrup fəaliyyəti göstərən şəbəkənin "Milli şura" adlandırılması, yaxud Əli Kərimlinin Rəsulzadə adlandırılması kimi. Hamı bilir ki, qorxağın, satqının, xəbis və paxılın, namərdin adını Koroğlu, Cavanşir, Babək, Nəbi, Həzi qoymaqla mərdliyi, qəhrəmanlığı olmayan adamlar dönüb koroğlular ola bilməzlər, əksinə tanıyanlar arasında Koroğlu, Babək adları qəhrəmanlığı ifadə etməyəcək, sadəcə olaraq kiminsə adı olacaq. Hansısa şəxsiyyətsiz özünü dahi şəxsiyyətin adı ilə adlandırsa da o, dönüb şəxsiyyət ola bilməz. Əksinə dahi şəxsiyyətlərə hörmətsizlik və həqarət sayılır. "Milli şura"da bunu dərk edə bilən, oyektiv olmasa da, məntiqli olan, özünəvurğunluq xəstəliyinin özünü ifşa etdiyini fərqinə varanlar etiraz etsə də bu milli-mənəvi terrorun kökləri uzaqlara uzanır”.

OXŞAR XƏBƏRLƏR

X Mostbet