Rauf Əliyev: "Mən ancaq və ancaq tanıdığım adamların zənglərinə cavab verirəm"

Rauf Əliyev: "Mən ancaq və ancaq tanıdığım adamların zənglərinə cavab verirəm"
İDMAN
12:15 27.09.2011
2381
Azərbaycan yığmasının və “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev müsahibəsində futbola gəlişi, şəxsi həyatı, eləcə də digər maraqlı məqamlardan danışıb.
- Futbola gəlişiniz necə baş tutub? 
- Füzuli rayonunda anadan olsam da, sonra ailəmlə birgə Bakıya köçmüşəm. “20-ci sahə” adlanan yerdə məskunlaşmışıq. Futbola da məhz burada 9 yaşında olarkən başlamışam. İlk məşqçim Ramil Səadətov olub. Onun rəhbərliyi altında 5 il oynadıqdan sonra “Qarabağ”a yollandım.
- “Qarabağ”a gəlişinizi necə xatırlayırsınız? 
- Bu, həyatımı dəyişən bir hadisədir. Seçim aparan türk məşqçilərin xoşuna gəldim. Onları məni 300-400 nəfərin arasından seçib komandaya dəvət etdilər. 1-2 il Elşad Xudadatovun rəhbərliyi altında əvəzedici komandada oynadım. Ağdam klubunun əsas heyətində debütüm Böyükağa Ağayevin sayəsində mümkün oldu.
- Artıq uzun müddətdir ki, futboldasınız. Bu peşə sizə nə bəxş edib? 
- Bəzi şeylər var ki, müqayisə olunmur. Bir neçə dəyər var ki, onlar insanla birgə doğulur. Amma futbol mənə çox şey bəxş edib. Özümü futbolsuz təsəvvür etməmişəm. Həvəsim çox böyük idi, topa, stadiona. Doğurdan da, heç bir məqsəd güdmürdüm. Bəzən böyük işlər üçün bir qığılcım da yetərlidir. Həvəs məni bu günkü Rauf Əliyev etdi. 
- İstənilən həvəs bir gün ölə bilər. Maraqlıdır, əgər, futbolçu olmasaydınız, hansı sənəti seçərdiniz? 
- Deyim ki, müəllim olardım və ya tarixçi kimi çalışardım, bu, yalan olar. Adətən, bütün uşaqlar 4-5 sinif yaxşı oxuyub, sonradan qruplara bölünürlər. Mən isə heç birinci sinifdən oxuyan olmamışam. Dərslərdə oturmurdum, həmişə qaçırdım. Hamı səliqəli geyinib dərs oxuyanda, mən qara tərin içində topla əlləşirdim. 
- Məktəbin xüsusi tədbirlərinə də qatılmırdınız? 
- İnsan həyatında yalnız 1 dəfə olan məqamları qaçırmamağa çalışmışam. “Son Zəng”də artıq bir futbolçu kimi tanınırdım. Əgər futbolçu olmasaydım, bəlkə də məktəbi bitirə bilməzdim. Müəllimlər futbolçu olduğumu bilib, mənə güzəşt edirdilər. 
- Sizin üçün həyatda xüsusi insanlar kimlərdir? 
- Mənim üçün atam, anam qardaşlarım xüsusi insanlardır. Dost-tanış çox hallarda insana lazımdır. Amma ailə insan üçün həmişə ən zərif nöqtə kimi qalmalıdır. Mən Bakıda böyüsəm də, həyatımda kənd mühitini həmişə hiss etmişəm. Bu, xarakterimdə çox iz buraxıb.
- Adətən tanınmış insanların gecə həyatı olur. Siz necə, buna maraq göstərirsinizmi? 
- Sözün düzü, mən elə bir mühitdə, elə bir ailədə böyümüşəm ki, istəsəm də, özümdə gecə həyatına maraq oyada bilmirəm. Əlbəttə ki, cavanam, gəzib dolanmaq istəyirəm. Sadəcə, bunu çox mədəni bir şəkildə həyata keçirirəm. Məncə, istənilən şəxs üçün arabir dost-tanışla görüşüb, hər hansı bir restorana getmək və ya səliqəli bir yerdə oturmaq qəbahət sayılmaz. Mən də arabir öz dostlarımla belə restoranlara gedib, bir tikə çörək yeyir, bir stəkan çay içirəm. 
- Maşınla gedərkən, küçədə gəzərkən insanlardan, xüsusən də əks cinsin nümayəndələrindən hansı reaksiyanı görürsünüz? 
- Reaksiyalar müxtəlif olur. Çoxu gülər üzlə insana baxır. Bilirsiniz, hərənin özünəməxsus xarakteri var. Bəzən, görürsən ki, küçədə hərə öz aləmindədir. Əlbəttə ki, mənə yaxınlaşmaq istəyənlər də olub. Amma hər zaman onları özümdən uzaqlaşdırmağa çalışmışam. Çünki mən artıq 5-6 ildir ki, nişanlı kimiyəm və heç kimə baxmıram.
- Ruslan Abışov deyir ki, hər yuxudan duranda görürəm ki, elektron poçtuma çox sayda məktublar gəlib. Sizdə də belə hallar olurmu? 
- Bəli. Çox yox, bir neçə dəfə bu halla üzləşmişəm. Amma heç birinə əhəmiyyət verməmişəm. Mən ancaq və ancaq tanıdığım adamların zənglərinə cavab verirəm. İnsanın öz çevrəsində yaşaması və xeyir-şərə yaraması yaxşıdır. 
- Sizə hər hansı bir klipə və ya kinoya çəkilmək təklif olunubmu? 
- Xeyr. Belə bir dəvət almamışam. Əgər belə bir iş olarsa, sözsüz ki, etiraz edəcəyəm. Çünki mənim işim futbol oynamaqdır. Şükür Allaha, Azərbaycanda o qədər müğənni var ki... Bizə futbolçu daha çox lazımdır. Sadəcə, arada işimlə əlaqədar olaraq, mətbuat səhifələrinə çıxıram. Azərbaycan KİV-nə münasibətim yaxşıdır. Çalışmışam ki, hamının dəvətini qəbul edim.
- Qarabağlı olduğunuzdan yəqin ki, muğamı sevirsiniz. Bəs xüsusi pərəstiş bəslədiyiniz müğənni varmı? 
- (gülür). Heç kim məndən inciməsin, Qarabağlı olsam da, muğamla aram yaxşı deyil. Ancaq dəbdə olan bütün mahnıları dinləməyə çalışıram. Xüsusən də, Azərbaycan və Türkiyə estradasını bəyənirəm. Radio, televiziyada zövq verən proqramları arabir izləyirəm.
- İdmançı üçün əsas amillərdən biri də qidalanmaqla bağlıdır. Sizin xüsusi proqramınız varmı? 
- Əlbəttə ki, güclü olmaq istəyən düzgün qidaya fikir verməlidir. Mən də çalışıram ki, əsasən kalorili yeməklərə üstünlük verim. Xüsusən də, toyuq yeməklərini sevirəm. Gündə 5 dəfə də olsa, toyuq əti yeyərəm. Anamın əlindən çıxan yeməklərin isə xüsusi dadı var. Məşqdən çıxanda zəng vurub deyirəm ki, “ana, acmışam”. O da öz növbəsində mənim nə yediyimi bilir və toyuq ətindən ləziz yeməklər hazırlayır.
- “Qarabağ”ın futbolçularının çoxu ibadət edir. Siz necə, vacib buyurulanları edirsinizmi? 
- Komanda yoldaşlarımın çoxu namaz qılır. Qismət olarsa, mən də namaza başlamağı düşünürəm. İbadət etməsəm də, pis yolda deyiləm. Anam, atam və digər yaxınlarım məndən razıdırlar.
- Xarici dillərə marağınız necədir? 
- Dil mənim ən yaralı yerimdir. Nə rus, nə də ingilis dilində danışmağı bacarıram. Mən Rus məktəbinin Azərbaycan sektorunda oxumuşam. Bəlkə də dünyada yeganə insanam ki, rusların içində, Bayılda yaşamağıma baxmayaraq, rus dilin bilmirəm. Təqribən 10 ilə yaxındır ki, tanıdığım Maksim Medvedev bir neçə dildə danışır. Onunla danışa-danışa görürəm ki, rus dilində az da olsa, inkişaf var. Düzü, bu dilləri təkmilləşdirmək üçün hansısa kurslara yazılmağı da planlaşdırmıram.
- Bildiyimizə görə, hələ də Bayıl qəsəbəsində yaşayırsınız. 10 yaşında olan Raufla müqayisədə indiki Raufa münasibət dəyişibmi? 
- Bayıl mənə doğma yerdir. Əlbəttə ki, mənə münasibət dəyişib. Vaxtilə gələcəyimə şübhə ilə yanaşanlar çox idi. İndi isə məhəlləyə Azərbaycan millisinin futbolçusu kimi maşınla daxil olanda uşaqlar məni belə qarşılayır: “Rauf, Rauf, Rauf”. Belə şeylər insanı qürurlandırır. Mən qol vuranda, “Qarabağ” Avropa Liqasında mərhələ adlayanda qonşular valideynlərimi təbrik edirlər. Anamın sevinməsi mənim üçün vacib məsələlərdən biridir. Bundan sonra da ailəmin və xalqımın adını yüksək tutmaq üçün mübarizə aparacağam./// apasport
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər