Rauf Mərdiyev ABŞ-da səfərdədir

Rauf Mərdiyev ABŞ-da səfərdədir
Bütün Xəbərlər
12:45 02.07.2012
1073

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən IVLP proqramının iştirakçısı olaraq ABŞ-da səfərdədir.

"İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, ABŞ-ın cari siyasi, iqtisadi və sosial məsələlərinin daha çox toxunulduğu 3 həftəlik səfər müddətində iştirakçılar Vaşinqton, Filadelfiya, Nyu-York şəhərlərində olmuş, Birləşmiş Millətlər Təşkilatı, Senat və Kongress, Ali Məhkəmə, Dövlət Departamenti, müstəqil araşdırma mərkəzləri, qeyri-hökumət təşkilatları nümayəndələri ilə müxtəlif səviyyəli görüşlər keçirmişlər. Görüşlər zamanı qarşıdan gələn seçkilər, ABŞ-ın daxili və xarici siyasətinin əsas istiqamətləri, Avropa-ABŞ münasibətləri, enerji təhlükəsizliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Vaşinqtonda olduğu müddətdə Rauf Mərdiyev eyni zamanda Azərbaycanın ABŞ-da fövqəlada və səlahiyyətli səfiri cənab Elin Süleymanovla və Azərbaycan icmasının nümayəndələri ilə görüşmüşdür.

Qeyd edək ki, IVLP ABŞ Dövlət Departamenti tərəfindən 1940-cı ildən başlayaraq həyata keçirilən peşəkar mübadilə proqramıdır. Proqramın məqsədi digər ölkələrin liderlərinin ABŞ-la tanışlığı və tərəflər arasında qarşılıqlı anlaşmanın əldə olunmasıdır. İyul ayının 8-nə kimi davam edəcək səfərdə Avropanın müxtəlif ölkələrindən millət vəkilləri, dövlət nümayəndələri, jurnalist, hüquqşünas, araşdırmaçı, siyasi və ictimai xadimlər iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR