Rauf Mərdiyev Almaniya Səfirliyinin birinci katibi ilə görüşüb

GƏNCLİK
12:00 31.07.2013
1667

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev 30 iyul tarixində Almaniya Federativ Respublikasının Səfirliyinin birinci katibi Dok. Frederik Hanke ilə görüşüb.

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində baş tutan görüş zamanı cənab Hanke Azərbaycan – Almaniya münasibətlərindən söz açıb və iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafının tərəfdarı olduqlarını qeyd edib və bu istiqamətdə səfirliyin Azərbaycanın gənclər təşkilatları ilə sıx əməkdaşlıq niyyətində olduğunu açıqlayıb.

Öz növbəsində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev təşkilat haqqında ətraflı məlumat verərək, “İRƏLİ” üçün beynəlxalq əməkdaşlığın önəmli olduğunu vurğulayıb və bundan sonra səfirliklərlə daha yaxın işbirliyində olacaqlarına ümidvar olduğunu bildirib.

Eyni zamanda, Rauf Mərdiyev “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti ilə əyani şəkildə tanış olmaq üçün cənab Hankeni “İRƏLİ” Gənclik Mərkəzinə dəvət edib.

OXŞAR XƏBƏRLƏR