Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi həsbdə olan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun atasının dəfnində iştirakına icazə verib.
Bu barədə məlumatı Musavat.com-a vəkil Fuad Ağayev verib. Onun sözlərinə görə, Rauf Mirqədirovun dəfnə buraxılacağını işi aparan müstəntiq İbrahim Ləmbəranski telefonla bildirib.