Rauf Mirqədirovun həbs müddəti uzadıldı

Rauf Mirqədirovun həbs müddəti uzadıldı
Bütün Xəbərlər
16:59 10.04.2015
911

O ötən il aprelin 19-da saxlanılıb.

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.AZXEBER.COM xəbər verir ki, bu barədəAPA-ya R. Mirqədirovun vəkili Elmar Süleymanov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsi R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 1 ay uzadılmasına qərar verib.E. Süleymanov həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

OXŞAR XƏBƏRLƏR