Rayonlar işıqsız qaldı - FOTOLAR

Rayonlar işıqsız qaldı - FOTOLAR
Bütün Xəbərlər
13:48 04.06.2013
1726
Ötən gündən başlayan güclü külək bəzi regionlarda problemlər yaradıb. Təbii fəlakətin ən çox ziyan vurduğu rayonlar isə Zərdab, Ucar, Şəmkir və Mingəçevir şəhəri olub.Belə ki, dünən saat 21:00 radələrindən başlayan güclü külək Ucarda elektrik xətlərini sıradan çıxarıb. Rayonun Qarabörək kənd sakini Kamil Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, rayon dünəndən bəri işıqsız qalıb. Bundan başqa, evlərin dam örtükləri dağılıb. Ağaclar isə avtomobillərin üstünə aşıb.Məsələ ilə bağlı rayon icra hakiminin müavini Nadir Mirzəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Elektirik dirəklərinin bərpası gedir. Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub. Yaxın saatlarda bütün rayonda elektrik tam veriləcək.Evlərin damını uçmasına gəlincə N.Mirzəliyev bildirdi ki, bu barədə onlara müraciət olunmayıb. Sadəcə bir yarımtikilinin damının dağılması barədə xəbərləri var və hazırda orada mütəxəssislər işləyir.“Küləyin vurduğu ziyan hesablanacaq və sakinlərə yardım olunacaq”. – deyə N.Mirzəliyev bildirib.Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov deyyib ki, güclü külək nəticəsində rayonda bir neçə elektrik dirəyi aşıb, 14 fərdi yaşayış evi və tövlələrin dam örtüyünə ziyan dəyib. Elektrik dirəklərinin aşması nəticəsində axşam saatlarından rayona elektrik enerjinin verilişi dayandırılıb. Səhər tezdən rayon mərkəzinə elektrik enerjisinin verilişi qismən bərpa edilib. Hazırda problemin tam aradan qaldırılması istiqamətində işlər gedir.Təbiət hadisəsi Şəmkir rayonunda da problemlər yaradıb. Rayon kəndlərində, o cümlədn də Təzəkənddə ağaclar qırılıb. Kənd sakini Tapdıq Əliyevin verdiyi məlumata görə, evlərin dam örtükləri dağılıb. Bundan əlavə 12 sexin tikilisi də ciddi ziyan dəyib.Təbiət hadisəsi ilə bağlı Fövqəladə hallar Nazirliyi də rəsmi açıqlama yayıb. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən daxil olmuş məlumata əsasən, 03 iyun 2013-cü il tarixində axşam saatlarında respublikanın bəzi şəhər və rayonlarında güclü qərb küləyi qeydə alınıb. Gəncə şəhərində və Şəmkir rayonunda küləyin sürəti saniyədə 40 metrə çatb. İlkin məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aran, Şimal-qərb və Gəncə Regional Mərkəzlərinin əhatə etdiyi ərazidə müxtəlif təsərrüfat obyektlərinə və infrastrukturlara ziyan dəyib. Hazırda müvafiq komissiyalar yerlərdə dəymiş ziyanı müəyyənləşdirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb