Rayonlarda stomaloqlar niyə ixtisar edilir? - AÇIQLAMA

Rayonlarda stomaloqlar niyə ixtisar edilir? - AÇIQLAMA
SOSİAL
17:52 12.02.2026
605
Xəbər verdiyimiz kimi, regionlarda stomatoloqların kütləvi şəkildə ixtisara salınması ilə bağlı qərar icra olunmağa başlayıb. Bir sıra rayon mərkəzi xəstəxanalarında və dövlət tibb müəssisələrində diş həkimlərinin ştat vahidləri ləğv edilib. Bu addım səhiyyə sistemində aparılan struktur və kadr islahatları çərçivəsində həyata keçirilir. Məsələ həm tibb işçiləri, həm də regionlarda yaşayan əhali arasında narahatlıq yaradıb.  

Belə olan halda ortaya sual çıxır ki, insanlar niyə dövlət xəstəxanalarına əmanət etmirlər? 

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov AZXEBER.COM-a açıqlamasında deyib ki, əsasən xəstələr daha çox özəl klinikalara müraciət edirlər:

"Əsasən xəstələr daha çox özəl klinikalara müraciət edirlər. Çünki özəl klinikalarda xəstələrə münasibət dövlət klinikalarından fərqlənir. Dövlət klinikalarında isə bəzən həkim-xəstə münasibətlərində gərginlik müşahidə olunur. Özəl klinikalar isə çalışır ki, belə gərginliklər olmasın və bu da xəstələrə ümid verir. 

Eyni zamanda, özəl klinikada işləyən həkimlərin peşə bacarığı və məsuliyyəti adətən daha yüksək olur.

Özəl klinikada işləmək üçün həkimin adı-sanının, reputasiyasının olması vacibdir. Yəni kifayət qədər tanınmalı və etibarlı olmalıdır ki, xəstələr onun yanına gəlsin. Bu halda həm klinika, həm də həkim özü maddi baxımdan təmin olunur”.

Həkim qeyd edib ki, pasientlər özəl klinikaya kor-koranə getmirlər:

"Dövlət klinikalarında isə həkimlər standart maaş aldıqları üçün bəzən xəstələrə yanaşmada fərqli münasibətlər ortaya çıxır. Bu səbəbdən xəstələr çox vaxt dövlət klinikalarından imtina edərək özəl klinikalara üstünlük verirlər. Amma bu da o demək deyil ki, özəl klinikaya kor-koranə gedirlər. Onlar əvvəlcə araşdırırlar: hansı həkim yaxşıdır, kim daha peşəkardır. Xüsusilə uşaqlarını apararkən valideynlər çox diqqətli seçim edirlər. Xalq arasında da müəyyən "seçilmiş” həkimlər olur və insanlar əsasən onlara müraciət edirlər”.

R.Bağırov bildirib ki, dövlət klinikasında xəstələrin sayı azaldıqda isə ixtisar məsələsi gündəmə gəlir:

"Dövlət klinikasında xəstələrin sayı azaldıqda isə ixtisar məsələsi gündəmə gəlir. Məsələn, müəyyən ərazi üzrə hər həkimə düşən əhali sayı var. Əgər stomatoloqların sayı çox, amma xəstə sayı azdırsa, bu zaman ixtisarlar qaçılmaz olur. 
Bu isə bir tərəfdən rəqabətin artmasına səbəb olur. Dövlət klinikasında çalışan həkimlər də çalışırlar ki, daha çox xəstə cəlb etsinlər, öz üzərlərində işləsinlər və ixtisara düşməsinlər. Yəni bu proses rəqabəti stimullaşdıran amildir. Çünki "xəstəm yoxdur, boş vaxt keçirirəm, amma yenə də maaş alıram” yanaşması peşəkar həkim üçün uyğun deyil”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub