“Real” – “Bavariya” dueli öncəsi fikirlər: Futbolçular danışır

“Real” – “Bavariya” dueli öncəsi fikirlər: Futbolçular danışır
İDMAN
19:17 18.04.2017
1162

Bu gün Çempionlar Liqasında ilk 2 yarımfinalçının adına aydınlıq gələcək.

 

Apasport.az saytının məlumatına görə, ¼ final mərhələsinin cavab oyunları çərçivəsində günün ən maraqla gözlənilən matçı "Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

 

Münhendə baş tutmuş ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Madrid "Real”ı "Bavariya” ilə münasibətləri bu dəfə öz meydanında ayırd edəcək.

 

Hər iki komandanın üzvləri matçdan öncə fikirlərini bildiriblər.

 

Karlo Ançelotti ("Bavariya”nın baş məşqçisi): "İlk oyunda 60-cı dəqiqəyə kimi yaxşı oynadıq. Cavab görüşünü əvvəldən sona qədər elə keçirməliyik. Yarımfinala adlamaq üçün ideal oynamalı və xarakter göstərməliyik. Bir həftə əvvəl şansımız daha çox idi. Amma yenə nəsə edə bilərik. Robert Levandovski ilə bağlı hər şey qaydasındadı. O, kollektivlə birgə məşqdə iştirak etdi. Hummels və Boatenqin də "Real”a qarşı oynamaq şansı var. Levandovski komanda üçün vacib oyunçudu. O, çoxlu qol vuraraq, bizə əminlik hissi verir. Əgər qol vəziyyətləri yarada bilirsizsə, deməli, komanda yaxşı oynayır. Hücumları qolla tamamlamalıyıq. "Bavariya” cari mövsümdə yetərli qədər qol vurub. "Real”la görüşdə də bu missiyanın öhdəsindən gəlməliyik”.

Filipp Lam ("Bavariya”nın kapitanı): "Həmişə güclü komandalara qarşı oynamaq istəmişəm. Karyeram ərzində çoxlu belə oyun keçirmişəm. Yenidən "Santyaqo Bernabeu”da meydana çıxmaq xoş olacaq. Bu stadionda həmişə möhtəşəm atmosfer olur. Madriddə qollar vurub, qələbə qazana bilərik. İki il əvvəl İspaniyadakı qarşılaşmada oyuna nəzarət edən tərəf idik. Amma rəqibin bizi əks-hücumlarda tutmasına mane ola bilmədik. Bu dəfə eyni halla üzləşməməliyik. "Bavariya” səfərdə də qollar vuracaq gücdədi”.

 

Xabi Alonso ("Bavariya”nın ispaniyalı yarımmüdafiəçisi): "Vəziyyəti dəyişməyin yolunu bilirik. "Real”la qarşılaşırsansa, rəqibə çox diqqət ayırmaq lazım deyil. Onsuz da, "Real”da yüksək səviyyəli futbolçu kifayət qədərdi. Onlar hər an səni cəzalandıra bilərlər. Odu ki, əsas öz oyunumuzu düşünməliyik”.

 

Manuel Noyer ("Bavariya”nın qapıçısı): "Meydana kimlərin çıxacağı o qədər də önəm kəsb etmir. Komandanın motivasiyası yüksək səviyyədədi. Biz mütləq yarımfinala çıxmalıyıq. Levandovski "öldürücü” zərbələri olan əsl qatildi. İlk oyunda məhz belə futbolçumuz çatışmırdı”.

 

Robert Levandovski ("Bavariya”nın polşalı hücumçusu): "Bavariya” bu görüşü ev sahibi kimi keçirməlidi. "Real”ı təzyiq altında saxlamalı və maksimum gücümüzü göstərməliyik. Təbii ki, mütləq qol vurmalıyıq. Eyni zamanda, müdafiədə də etibarlı oynamalıyıq”.

 

Zinəddin Zidan ("Real”ın baş məşqçisi): "Bavariya” hər mövqedə əla futbolçulara sahibdi. Rəqibin güclü tərəflərinin çox olduğunu bilirik. Amma "Bavariya”nın zəif cəhətləri də mövcuddu. Öz oyunumuzu göstərməliyik. Cavab matçına ilk görüşdəki kimi hazırlaşmışıq. Böyük oyun olacaq və görüşün taleyini kiçik detallar həll edəcək. Qalib gəlmək istəyirik. Münhendəki nəticəni artıq unutmuşuq. "Bavariya” evində olduğu kimi, səfərdə də güclü təsir bağışlayır. Rəqib final fitinə kimi təzyiq edəcək. Buna görə də, çox yaxşı oyun göstərməliyik”.

 

Kasemiro ("Real”ın yarımmüdafiəçisi): "Levandovski çox güclüdü. Amma "Bavariya”da digərləri də yaxşı futbolçudu. Hər birinin qarşısını kəsməliyik. Yalnız Levandovskiyə diqqət ayırsaq, səhv etmiş olarıq. "Bavariya” çox güclü oyun nümayiş etdirəcək. Çünki heyətində yüksək səviyyəli, texnikalı futbolçu çoxdu”.

 

Marselo ("Real”ın braziliyalı müdafiəçisi): "Ağır qrafikdə oynayırıq. Buna baxmayaraq, əla işləyirik və fiziki cəhətdən yaxşı formadayıq. Oyundan-oyuna "artırırıq”. Bu vaxta qədər çox çətin görüşlər keçirmişik. İndi bütün diqqətimizi "Bavariya” ilə matça yönəltmişik. Bu qarşılaşma hər iki komanda üçün çox vacibdi”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb