“Real” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb

“Real” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb
İDMAN
10:33 21.11.2026
77
"Real” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.

Madrid təmsilçisi qapıçısı Tibo Kurtua ilə yeni anlaşma əldə edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı qolkiperlə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.

"Real” bundan əvvəl Arda Güler və Orelyen Çuameni ilə də müqaviləni yeniləyib.

34 yaşlı qapıçı 2018-ci ildən Madrid klubunda çıxış edir. O, bu mövsüm La Liqada 11 oyunda meydana çıxıb.
OXŞAR XƏBƏRLƏR