"Real Madrid" Arda Gülerlə bağlı son qərarını verdi

"Real Madrid" Arda Gülerlə bağlı son qərarını verdi
İDMAN
06:03 19.11.2026
73
"Real Madrid" klubu Türkiyə millisinin futbolçusu Arda Gülerlə yeni müqavilə imzalayıb.

Madrid təmsilçisinin rəsmi açıqlamasına əsasən, 21 yaşlı yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək komandada çıxış edəcək.

Arda Güler 2023-cü ilin iyulunda "Real Madrid"ə qoşulub. O, paytaxt klubunun heyətində indiyədək 126 matçda meydana çıxıb və beş titul qazanıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü indiyədək milli komandanın heyətində 38 oyun keçirib.

///oxu.az
OXŞAR XƏBƏRLƏR