Türkiyənin “Trabzonspor” klubu Çempionlar Liqasının qrup mərhələsindəki üçüncü oyununu Moskvada ÇSKA-ya qarşı keçirib. Bu qarşılaşma ÇSKA üçün həyati əhəmiyyət daşıyırdı. Çünki məğlubiyyət Rusiya klubunun 1/8 final mərhələsinə vəsiqə qazanmaq ümidini puç edə bilərdi. Ordu klubunun ilk qələbəsi isə əksinə turnirin yaz mərhələsində düşmək şanlarını kəskin artırmış olacaqdı.
Oyuna ÇSKA fəal başlayıb. Meydan sahibləri hesabı 29-cu dəqiqədə açıblar. Rəqibin cərimə meydançasının yaxınlığında Vaqner Lavdan gözəl ötürmə alan Seydu Dumbiya topu qapıdan keçirib. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədə “Trabzonspor”un baş məşqçisi Şenol Günəş hücum xəttini gücləndirib. O, yarımmüdafiəçi Alanzinyonun yerinə meydana hücumçu Pavel Brojeki buraxıb. ÇSKA-nın baş məşqçisi Leonid Slutski isə ilk dəyişikliyi 62-ci dəqiqədə edib. Onun meydana buraxdığı Aleksandr Çaunya 76-cı dəqiqədə komandasının üstünlüyünü iki topa çatdırıb.
Bundan sonra türkləri yalnız möcüzə xilas edə bilərdi. Amma möcüzə baş vermədi. Üstəlik, 86-cı dəqiqəsində Seydu Bumbiya özünün ikinci, klubunun üçüncü qolunu vurdu - 3:0.
Beləliklə, ÇSKA vacib qələbə qazanmaqla turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırmış oldu.
Günün bütün oyunlarının nəticələri:
8 oktyabr
B qrupu
ÇSKA - Trabzonspor 3:0
Lill - İnter 0:1
C qrupu
Oçelul - Mançester Yunayted 0:2
Bazel - Benfika 0:2
D qrupu
Real - Lion 4:0
Dinamo (Zaqreb) - Ayaks 0:2
A qrupu
Napoli - Bavariya 1:1
Mançester Siti - Vilyareal 2:1.