'Real' və 'Barsa' yenə qazandı - VİDEO

İDMAN
13:38 05.02.2012
1742
İspaniya La Liqasında XXI turun oyunlarına start verilib. İlk oyun günündə 5 qarşılaşma baş tutub. Öz meydanında "Espanyol"la qarşılaşan "Atletik" (Bilbao) rəqibi ilə bacarmayıb. Hərəyə 3 dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər.La Liqanın lideri "Real" (Madrid) isə səfərdə "Qetafe"nin qonağı olub. Matçın taleyini bir qol həll edib. Serxio Ramosun matçın 18-ci dəqiqəsində vurduğu qol "Real"a minimal hesablı qələbə qazanıb. "Barselona" isə doğma azarkeşləri önündə "Real" (Sosyedad) klubu ilə qarşılaşıb. Fasiləyə üstün yollanan Kataloniya təmsilçisi ikinci hissədə də daha bir dəfə fərqlənib - 2:1. Qeyd edək ki, XXI turun oyunları bu axşam və sabah keçiriləcək.4 fevralİspaniya La Liqasında XXI turun oyunları"Levante" - "Santander" - 1:1Qollar: Kone, 23 (1:0), Arana, 61 (1:1)"Malyorka" - "Betis" - 1:0Qol: Kastro, 24 (1:0)"Atletik" (Bilbao) - "Espanyol" - 3:3Qollar: Markos, 26 (1:0), Romarik, 33 (1:1), Veiss, 48 (1:2), Lorente, 58 (2:2), Martinez, 65 (3:2), Albin, 90 (3:3) "Qetafe" - "Real" (Madrid) - 0:1Qol: Ramos, 18 (0:1)"Barselona" - "Real" (Sosyedad) - 2:1Qollar: Tello, 9 (1:0), Messi, 72 (2:0), Vela, 74 (2:1)5 fevral"Sportinq" (Xixon) - "Osasuna""Sevilya" - "Vilyareal""Saraqoza" - "Rayo Vallekano""Atletiko" (Madrid) - "Valensiya"6 fevral"Qranada" - "Malaqa"

OXŞAR XƏBƏRLƏR