İspanyanın "Real" klubunun futbolçusu Ferland Mendi 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq.
Müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" ilə cavab matçında zədələnib.
Müayinədən sonra onun sol dizindən zədə aldığı və 3-4 həftə meydana çıxa bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, "Real" İspaniya La Liqasının qarşıdakı üç turunda "Vilyareal", "Leqanes" və "Real Sosyedad" komandaları ilə üz-üzə gələcək.
///report