Rəbiyyət Aslanova: “Azərbaycan Türkiyənin bütün təşəbbüslərini dəstəkləməyə hazırdır”

Rəbiyyət Aslanova: “Azərbaycan Türkiyənin bütün təşəbbüslərini dəstəkləməyə hazırdır”
Bütün Xəbərlər
13:56 21.12.2011
1601
Qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı Fransa parlamentində sərt cəzaları nəzərdə tutan qanun layihəsinin planlaşdırılan müzakirəsi ilə bağlı Türkiyə və Azərbaycan parlamentində fikirlər səsləndirilib. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, əgər qərar qəbul edilsə, bu, Fransa xarici siyasətinin uğursuz addımı kimi qiymətləndiriləcək: “Bu, müasir dövrdə beynəlxalq münasibətlər sistemində yavaş-yavaş dərinləşməkdə olan qarşıdurmanın artırılmasına gətirib çıxaracaq. İndi Avropa ölkələrində baş verən multikulturalizm böhranı, Yaxın Şərq ölkələrinə subyektiv mövqelər, “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsi Fransa xarici siyasətini geriyə salacaq. Bu, Türkiyə-Fransa münasibətlərinə ciddi təsir göstərəcək”.
OXŞAR XƏBƏRLƏR