Rəbiyyət Aslanova: 'Azərbaycana qarşı belə təhdidlər həmişə olub və həmişə də onun qarşısı alınıb'
Bütün Xəbərlər
13:53 19.11.2012
1163
“Sadval”ın fəaliyyəti bizə çoxdan məlumdur, bu təşkilatda bölücülük məsələsi həmişə olub və çox təəssüf edirəm ki, bu gün Azərbaycanda multikulturalizmin təntənəsinin bariz şahidi olduğumuz bir zamanda belə məsələlər gündəmə gəlir.AZXEBER.COM xəbər verir ki, bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində millət vəkili Rəbiyyət Aslanova dilə gətirib.Millət vəkilinin dediyinə görə, ancaq milli azlıqlar məsələsi Azərbaycan üçün o qədər vacib və önəmli məsələdir ki, bununla əlaqədar Azərbaycanda heç vaxt problem yaşanılmayacaq.R.Aslanova qeyd edib ki, son zamanlar beynəlxalq təşkilatların böyük əksəriyyətində ayrı-ayrı ölkələrdə milli azlıqlar məsələsi müzakirə obyekti olur:“Bu həm də ərazi bütövlüyü, dövlətin suverenliyi məsələsinə qarşı yönəlmiş bir təhdidlərdir. O baxımdan son zamanlar bu məsələnin aktuallaşması ciddi təhdidlərdən xəbər verir. Tarixən mövcud olmuş “parçala və hökmranlıq et” prinsipi, deyəsən, yenə də canlanmağa başlayıb”.“Ola bilərmi ki, bu, 2013 seçkiləri ilə bağlı məsələlərdir və Rusiyanın İlham Əliyev hakimiyyətinə qarşı planlarının tərkib hissəsidir” sualına savabında isə millət vəkili bildirib ki, bu gün nəyi isə inkar etmək və ya təsdiq etmək üçün gərək problemin mahiyyətini biləsən, amma Azərbaycana qarşı belə təhdidlər həmişə olub və həmişə də onun qarşısı alınıb: