Rəbiyyət Aslanova: 'Ramiz Mehdiyevin fəaliyyəti göz qabağındadır'

Rəbiyyət Aslanova:
Bütün Xəbərlər
15:55 05.12.2012
2347
“Ziyalılar Forumu”nun təsisçilərindən biri, sabiq millət vəkili Cəmil Həsənli Prezident Adminstrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ünvanına növbəti dəfə kəskin ittihamlar səsləndirib.
AZXEBER.COM-un "Editor.az"a istinadən verdiyi xəbərə görə, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova bildirdi ki, özünü ziyalı adlandıran birinin Azərbaycan dövlətçiliyinin qorunmasında misilsiz xidmətləri olan bir şəxs haqqında bu cür fikirlər səsləndirməsi yolverilməzdir: “Cəmil Həsənli tarixçi alimdir, uzun müddət parlamentdə təmsil olunub. Əgər bu gün o, həqiqətləri danırsa, Prezidentə sədaqətli bir dövlət adamı haqqında bu cür fikirlər səsləndirirsə, demək, ziyalı adına yaraşmayan bir hərəkətə yol verir. Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyinin qorunmasında böyük xidmətlər göstərib. Bütün fəaliyyəti boyunca daşıdığı siyasi kursa sədaqət nümayiş etdirib. Onun fəaliyyəti göz qabağındadır. Məgər Cəmil Həsənli Ramiz Mehdiyevin bu dövlət üçün gördüyü işlərdən xəbərsizdir? Əlbəttə ki, yox. Sadəcə o, öz xırda maraqları təmin olunmadığına görə, dövlət adamlarına böhtan atmaq, onları ləkələməklə məşğuldur. Bu isə bayaq da söylədiyim kimi, ziyalı adına və statusuna yaraşmayan bir hərəkətdir”.
OXŞAR XƏBƏRLƏR