AZXEBER.COM-un məlumatına görə, bu gün keçirilən iclasda "Yeni Müsavat" , "Ayna-Zerkalo", "Azadlıq", "Şərq", “Bizim yol”, “Türküstan” qəzetlərinin, Mətbuat Şurasının, "Yeni nəsil” JB-nin, Demokratik Jurnalistlər Liqasının, Modern.az, “Qafqazinfo” saytlarının rəhbərləri, hüquq müdafiəçiləri iştitrak ediblər.Qərara alınıb ki, qəzetçilərə fiziki xəsarət yetirmiş şəxslərin cəzalandırılmasını,bu kimi hallara son qoyulmasını təmin etmək üçün siyasi hakimiyyətə - Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və ombudsman Elmira Süleymanovaya müraciə edilsin.Ayrıca qərar qəbul olunub ki, təşəbbüsü dəstəkləyən qəzetlərin 2-ci səhifəsində təzyiqə məruz qalan jurnalistlərin şəkilləri və onları döyən ARDNŞ mühafiəzçilərinin cəzalandırılmasını tələb edən şüar yerləşdirilsin.