Regionlarda BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi keçirilib - FOTOLAR

Regionlarda BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi keçirilib - FOTOLAR
GƏNCLİK
20:20 23.07.2024
6145
Regionlarda kitab oxumanı təşviq edən, həmçinin kitabla müzakirə üzərindən psixoloji xidmət işini nümayiş etdirən BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi keçirilib.

Layihə çərçivəsində Gəncə, Sumqayıt, Şirvan şəhərinin müəllimləri, kitabxanaçıları və gəncləri ilə təqdimatlar və qrupşəkilli kitabla terapiyalar təşkil edilib. 

Təqdimat görüşlərində təlimçi-psixoloqlar aktiv təlim texnikasından istifadə edərək müəllimləri, kitabxanaçıları insanlarda kitab oxumağa maraq yaratmağın psixoloji yolları ilə tanış etiblər. Onlar qısaldılmış variantda Mindfulness (fərqindəlik) texnikası ilə xəyalən keçmişə dönmüş, öz güclü tərəflərini aşkarlamış, daha sonra biblioterapiya tətbiqi ilə kiçik bir hekayəni oxuyaraq onun təsiri altında özlərinə məktub yazıblar. Praktik hissənin yekununda müəllimlər və kiabxanaçılar təəssüratlarını paylaşmış və bir çox özəl duyğu, düşüncə, planlarını auditoriya ilə bölüşüblər. 
Sonrakı görüşlərdə psixoloq Kamil Həmidovun moderatorluğu ilə gənclər üçün qrupşəkilli kitabla terapiya təşkil edilib. Terapiyada gənclər öncə oxuduqları kiçik hekayəni müzakirə ediblər. Daha sonra onların içərisindən seçilmiş 1 nəfərlə qısa müddətli psixoloji seansı dinləyiblər. 3 cü mərhələdə isə seans zamanı eşitdikləri həyat hekayəsi ilə oxuduqları bədii hekayəni inteqrasiya edərək mini qruplarda yeni hekayələr – "demidov dialoqları” yazıblar. Yekunda isə moderotorun müşayəti hər bir hekayə "psixodrama” üsulu ilə işlənilmiş, nəticədə ssesiyaya çıxan gənc özünün aktual inkişaf probleminin həllinə yönəlik bir neçə çıxış yolları ilə tanış olmuşdur. 

İctimai Birlik bu layihənin təşkilində dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlığa görə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, tabeçiliyindəki Gənclər Evlərinə, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə və təşəkkür edir. 

Tədbirlərdə ümumilikdə 155 nəfər iştirak edib. Dəyərləndirmə anketlərinin nəticələrinə görə isə iştrakçılarının məmnunluq səviyyəsi 71.2 % olub. Görüşlərin davamlılığının təminatı üçün 3 regional kitabla terapiya platforması, 1 vebsayt hazırlanıb istifadə verilib. Tədbirlərdə Christopher Rho adlı Koreya qəzetləri üçün "travel story”lər hazırlayan yazıçı da qonaq qismində iştirak edərək təəssüratlarını bölüçüb. 
 
Layihə çərçivəsində görülən fəaliyyətlərlə tanışlıq və qrup terapiyalarımıza qoşulmaq istəyirsinizsə saytımızı izləyə bilərsiz: www.kitablaterapiya.az  
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı