Populyar müğənni Rəhim Rəhimli ATV-nin "10-lar" verilişinə açıqlamasında hamıya "Röyadan uzaq durmağı" məsləhət görüb.
AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, Röyanı "qorxulu" adlandırıb:
"Şou-biznesimizdə bəzi müğənnilər var ki, onlardan qorxmaq lazımdır. Onları harada görsəniz, mümkün qədər uzağa qaçın. Gecə ümumi tanışlarımızdan birinin tədbirində idik. Özüm də bilmirəm, necə oldu ki, döşəməyə dəydim. Bundan sonra huşumu itirdim və bir də xəstəxanada ayıldım... Bütün şou-biznes əhlinə məsləhət görürəm ki, ondan uzaq dursunlar. O, çox təhlükəli adamdır. Röya xanım haqqında başqa heç nə söyləmək istəmirəm. Bundan sonra ümumiyyətlə onun haqqında danışmayacağam. Qoy Allah hamını bəladan qorusun".
Məsələyə Röya da münasibət bildirib. O, özünü Rəhimin qarşısında günahkar saydığını etiraf edib: "Bütün dostlarımı, həmçinin Rəhimi çox sevirəm. İndi anladım ki, həqiqətən əlim ağırdır. Rəhim Sevda Yahyayeva ilə birlikdə məni qıcıqlandırırdılar. Nəticədə Rəhimi vurdum və o, yıxıldı. Xəstəxanaya apardılar. Onu gipsdə gördükdə üzr istədim. Yazıq Rəhim, 2 ay efirdən uzaq qalacaq".