Rəisin qardaşı qəzada öldü

Rəisin qardaşı qəzada öldü
Bütün Xəbərlər
12:53 17.01.2015
1775

Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. 

AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, “VAZ-2107” markalı maşınla TIR toqquşub. Hadisədən sonra zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Avtomobili idarə edən şəxs Muradəli Rəhmanov isə hadisə yerində dünyasını dəyişib.

Hazırda Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsinin müstəntiqi Cəsarət Bayramov ərazidə müayinə aparır. 

Qeyd edək ki, dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Nəsirovun qardaşıdır.

OXŞAR XƏBƏRLƏR