Rejissorun qızının öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

Rejissorun qızının öldüyü hadisə ilə bağlı cinayət işi açıldı
Bütün Xəbərlər
12:08 24.05.2014
1137

Qobustan rayonundakı istirahət mərkəzində baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

AZXEBER.COM Azadlıq Radiosuna istinadən xəbər verir ki, mayın 23-də bir qrup müəllim və şagirdin əyləndiyi elektromobil aşıb. Şagirdlərdən biri hadisə yerində ölüb, bir şagird və bir müəllim isə yaralanıb.

Xatırladaq ki, hadisə zamanı ölən məktəbli tanınmış rejissor Tərlan Qorçunun qızı Dəniz Qorçudur.

OXŞAR XƏBƏRLƏR