Çörəkdən tarakan çıxdı

Çörəkdən tarakan çıxdı
Bütün Xəbərlər
12:27 22.04.2014
797
Hadisə Bakıxanovda qeydə alınıb
Bu gün “İç xəbər”in qaynar xətti olan 203-02-02 nömrəli telefona zəng vuran Bakıxanov qəsəbə sakini ərazidən aldığı çörəkdən tarakan çıxdığını bildirirdi.
Xanım hətta çörəyi aldığı mağazaya belə gedib. İlk əvvəl mağaza satıcıları həmin çörəyin onlardan alınmadığını bildirsələr də sonradan etiraf ediblər ki, həqiqətən də çörək məhz o mağazadan alınıb.
Amma mağaza işçiləri çörəyin onlara yaxınlıqda yerləşən sexlərdən birindən gəldiyini bildiriblər. Hazırda faktla bağlı əməkdaşlarımız araşdırma aparırlar. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR