Rektor bəyanat verdi: “... müəllimlərimizin 30 faizi ixtisara getməlidir”

Rektor bəyanat verdi: “... müəllimlərimizin 30 faizi ixtisara getməlidir”
GƏNCLİK
14:10 10.06.2011
2154
AZXEBER.COM-un  Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov söyləyib. 

Əhliman Əmiraslanov deyib ki, bu problemlər akademiyanın ümumi iclasında müzakirə olunub, müəyyən islahatların aparılmasına ehtiyac var: “Məsələn, bir-birini təkrar edən institutlar var. Həm müəyyən nazirliklər sistemində institut var, həm də akademiyada o istiqamətdə institut mövcuddur. Bunlar birləşməlidir, bir qədər ixtisar aparılmalıdır. Elə adamlar ki, onların adları guya elmi-tədqiqat işi aparan kimi gedir, amma özləri başqa işlə məşğul olurlar. Bu istiqamətdə mobil işləyən, nisbətən gənc, bizim elmimizin gələcəyini irəli apara bilən qurumlar yaradılmalıdır”.

Tibb Universitetinin rektoru vurğulayıb ki, dünyada elmi irəli apara biləcək tək-tək insanların dövrü qurtarıb: “Nyutonların, Eynşteynlərin dövrü bitib. Tək bir adam elmin inkişafında heç nə edə bilməz. Hazırda elmdə böyük kollektivlərin, komandaların dövrü başlayıb. Bu gün təkcə tibb mütəxəssisi olmaqla elmi irəli apara bilməzsən. Gərək sən bununla yanaşı sənə yaxın olan digər sahələrin insanları ilə yanaşı addımlayasan. Komanda yaradaraq müəyyən ideyaları həyata keçirmək olar. Təkcə bir adam bu gün elmdə heç nə edə bilməz. Yəni elmdə fərdiçilik dövrü bitib”.

Əhliman Əmiraslanov dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün yaş məhdudiyyətinin tətbiq olunması məsələsinə də münasibət bildirib. O , “Qızıl orta” deyilən bir anlayışın olduğunu xatırladıb: “Bu prinsip gözlənilməlidir. Dünyada elə bir ölkə yoxdur ki, orada yaş məhdudiyyəti olmasın. Yaş məhdudiyyətinin olması günün tələbidir. Biz kimisə əvəz etmişik, bizi də yetişən nəsil əvəz etməlidir. Bütün sahələrdə yaş məhdudiyyəti olmalıdır. Ancaq bunun birdən-birə inqilabi qaydada həyata keçirilməsi, elmdə, xüsusilə ali təhsilimizdə müəyyən boşluq yarada bilər. Əgər ali təhsil müəssisələrində sabahdan 65 yaşla bağlı məhdudiyyəti tətbiq etsək, çox çətin bir vəziyyətə düşəcəyik. Məsələn, bu qayda tətbiq olunsa, Tibb Universitetinin professor-müəllim kollektivinin təxminən 30 faizi ixtisara getməlidir. Hələ bizim universitetdə vəziyyət yaxşıdır, çünki elə ali məktəblərimiz var ki, bu rəqəm gəlib 65-70 faizə çatır. Təsəvvür edin ki, professor-müəllim heyətinin 70 faizini birdən kənarlaşdırıb onun yerini mütəxəssislə doldurmaq çox çətin məsələdir”.

O vurğulayıb ki, mütəxəssis, alim yetişdirmək çox çətin məsələdir. Dosent yetişdirmək bir ilin, iki ilin işi deyil: “Mənə belə gəlir ki, bu proseslər tədricən həyata keçməlidir. Hətta Milli Məclisdə mən belə bir təklif verdim ki, bu prosesi təhsildə və səhiyyədə 70 yaşdan başlayaq. Yenə də qeyd edirəm ki, ümumilikdə mən bu yeniliyin tərəfdarıyam. Çünki gənclərimizin inkişafı üçün buna getməliyik. Elə kafedra müdirləri, professorlar var ki, yaşı çoxdan 70-i keçib, hətta 80 yaşı da keçib. Həmin mütəxəssislər də fikirləşməlidir ki, onun arxasınca gələn gənc mütəxəssislər də var. Artıq həmin yaşda olanların arxasınca gələn nəslin yaşı 60-ı keçib. Onlara da bir meydan verilməli, şərait yaradılmalıdır. Ona görə də, mən ümumilikdə yaş senzinin tərəfdarıyam. Bunu isə birdən-birə inqilabi dəyişikliklər formasında yox, tədricən etmək lazımdır. Artıq pensiya ilə bağlı da yeni qanun qəbul olunub. Burada elmi dərəcələrə görə pensiyalara əlavələrin olunması məsələsi yer alır. Mənə elə gəlir ki, bu qayda işləyən elmi dərəcəsi olan insanlara da şamil edilsə, çox yaxşı olar. Amma bu fakt təqaüd yaşına çatmış professorların pensiyanın azlığı ilə bağlı arqumentlərinin qarşısını alır. Bu gün artıq professor təqaüdə çıxanda hardasa 500 manat təqaüd alacaq. Bu da normal bir göstəricidir”.

Əhliman Əmiraslanov tibbi sığorta məsələsinə də toxunub. Onun sözlərinə görə, dünya ölkələrində tibbi sığortadan geniş istifadə olunur: “Azərbaycanda isə bu məsələnin geniş tətbiq edilməməsinin səbəbini müvafiq qurumlar cavablandıra bilər. Ümumiyyətlə, dediyiniz kimi son illər ölkəmizdə səhiyyə xeyli inkişaf edib, xəstəxanaların imkanları çox genişlənir, yeni-yeni tibb ocaqları açılır. Təkcə, Tibb Universitetinin 4 klinikası yaradılıb, bu klinikalar ən müasir avadanlıqlarla təmin olunub. Bölgələrimizdə də müalicə diaqnostika mərkəzləri açılır. Onlar üçün kadr hazırlanır. Bütün bunlar Azərbaycan xalqı üçündür. Bu gün ölkəmizdə çox savadlı, öz işini dərindən bilən həkimlər ordusu var. Bütün sahələr üzrə mütəxəssislərimiz var. Ola bilsin ki, kim isə müalicə üçün xaricə gedir, burada reklamın, kiminsə şəxsi istəyinin rolu var. Vətəndaşların xaricə müalicəyə getməsi o demək deyil ki, ölkəmizdə səhiyyə zəifdir. Əgər bizim vətəndaşlar, məsələn, Türkiyəyə gedirlərsə, Türkiyə vətəndaşları da müalicə üçün Almaniyaya, ABŞ-a gedir. Yəni burada insanların öz düşüncəsi və maddi imkanları əsas rol oynayır. Bütövlükdə, Azərbaycanda hər bir xəstəliyin müalicəsi üçün mütəxəssisləri var və tibb sahəsi böyük inkişaf yolundadır”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir