Rektor qızını döyən şəxs azadlıqda – Video-Foto

Rektor qızını döyən şəxs azadlıqda – Video-Foto
Bütün Xəbərlər
15:35 26.05.2015
5053

Rektor qızını döyən şəxsin azadlığa çıxdığı xəbəri yayılıb.

Daxil olan məlumatda deyilir ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının övladı Ülkər İsayevanı martın 8-dən 9-na keçən gecə, saat 4 radələrində küçənin ortasındaca döyən qardaşlardan biri - Zaur Məmmədov barəsində seçilən 2 aylıq həbs qətimkan tədbirinin müddəti başa çatıb.

Martın 18-də həbs edilən Z.Məmmədovun azadlığa buraxıldığı, zərərçəkmişin isə şikayətini geri götürdüyü bildirilir. Məlumatda işin məhkəməyə göndərilmək üçün hazır olduğu və rektor qızını döyənin bundan sonrakı cəzasını cərimə ödəməklə başa vuracağı da qeyd olunub.

Bildirilir ki, tərəflər məsələni öz aralarında danışıq yolu ilə həll etmək qərarına gəlib və ona görə də istintaq Z.Məmmədovun həbs müddətinin uzadılması barədə məhkəməyə təkrar müraciət etməyib. Ü.İsayeva isə atasının rəhbəri olduğu ali məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.

Zaurun azad edildiyi xəbərini vəkili ilə dəqiqləşdirmək üçün əlaqə saxladıq. A.Məmmədov Axar.az-a bu mövzuda danışmaq istəmədiyini, məsələnin artıq bağlandığını bildirdi.

Ü.İsayeva martın 8-dən 9-na keçən gecə tanışları - Zaur və Elin Məmmədov qardaşları tərəfindən ictimai yerdə zorakılığa məruz qalıb. Hadisə Səbail rayonu ərazisində – Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. Rektor qızı video-görüntüdə özü olduğunu təsdiqləyib. H.İsaxanlı isə kadrlarda Katya adlı bir qızın olduğunu iddia edib. Ülkərlə Zaur arasında sevgi münasibətləri olduğu da mətbuatda xəbərlər arasında yer alıb.

Ü.İsayevanın yaxın rəfiqəsi hadisənin səbəblərini belə şərh etmişdi: “Həmin gün Ulya 8 martı sevgilisi Zaur Məmmədovla qeyd edirdi. Gecə klubunda başqaları da var idi. Eyni zamanda Elin. Əvvəlcə hər şey çox yaxşı idi. Səhərə qədər əylənmək istəyirdilər.

Amma sonra vəziyyət dəyişdi. Mən bildiyimə görə, Ülkər ilə başqa bir oğlan barəsində xəbər çıxıb. Lakin özü bunu boynuna almır. Onlar Zaurla uzun müddətdir sevgilidirlər. Və Zaurgilin necə əsəbi, özündən tez çıxan olduğunu bilənlər çoxdur”.

Onu da deyək ki, qardaşlar əkizdirlər və hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı – Muxtar Məmmədovun övladlarıdır. Muxtar Məmmədovun özü 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilən, əslən balakənli Əli Ansuxskinin şəriki olub. Eyni zamanda, Muxtar Məmmədovun kriminal aləmdə ciddi nüfuz sahibi olduğu iddiaları var.

Xatırladaq ki, Ü.İsayeva tanınmış həkim Tərlan Əhmədzadənin gəlini olub. Ülkər İsayeva Tərlan Əhmədzadəninnın oğlu Aydınla ailə qurub. O, Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Bu nikahdan onların bir qız övladı var. Məlum hadisədən sonra onların toyundan kadrlar da yayılıb.

axar.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu da Birgə Bəyannamənin - Tam mətni
01:03 09.08.2025
Bu da Birgə Bəyannamənin - Tam mətni
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"