Azərbaycan Gənclər Fondu tərəfindən keçirilən qrant müsabiqəsində Qasımov Əzizağa tərəfindən qalib olmuş “Rəngli dünyanın sakinləri” peşəkar fototəlim layihəsinin bağlanış mərasimi “ABŞERON” Sərgi Qalereyasında 30 mart 2014-cü il tarixində keçirilmişdir. Layihənin əsas məqsədi “Rəngli dünyanın sakinləri” adı altında yaradıcı gəncləri bir araya toplamaq və fotoqrafiya sahəsində peşəkar təlimlər keçmək olmuşdur.
Azərbaycanda daha öncələrdə müxtəlif bölgə, şəhər və rayonlarda o cümlədən paytaxtda müasir fotoqrafiyaya aid yaradıcı layihələr keçirilmişdir. Lakin bu layihənin fərqliliyi və özəlliyi sağlam insanlarla bərabər sağlamlığ məhdudiyyətli yeniyetmə və gənclər arasında körpü yaratmaqla onların birgə sərgisini keçirmək olmuşdur. Layihə çərçivəsində 4 gün müddətində paytaxtın müxtəlif universitet və məktəblərindən olan yeniyetmə və gənclərinə peşəkar fototəlimçi Əsgərov Fuad tərəfindən “master klass” təlimləri keçirilmişdir. Təlimdən sonra gənclərin düşüncəsinə əsasən çəkildiyi fotlara sərgidə daha çox yer ayrılmışdır. Layihnin sonucu olaraq keçirilən sərgidə UAFA-nın rəhbəri xanım Qvendolin Börçel, UAFA Yasamal bölməsinin rəhbəri xanım Ülviyə Mirzəyeva , Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Münasib Həsənov eyni zmanda bir çox QHT-nın rəhbərləri iştirak etmişdir. Sərgidə bütün layihə iştirakçıları sertifikatlarla təmin olunaraq gənclərə uğurlar arzulanmışdır.