Repetitorsuz 677 bal! - FOTO

Repetitorsuz 677 bal! - FOTO
Bütün Xəbərlər
15:58 12.08.2015
3603
Hazırkı dövrdə, demək olar ki, tələbə adını qazanmaq istəyənlərin böyük əksəriyyəti hazırlıq kurslarına və ya repetitor yanında gedirlər.
Amma çox az təsadüf olunsa da elə şagirdlər də var ki, onlar hazırlıq kurslarına, müəllim yanına getmədən də tələbə adını qazqanmağa nail olurlar.
AZXEBER.COM  rtv.az-a istinadən bildirir ki, belə şagirdlərdən biri də Xaçmaz rayonunun Aslanoba kənd tam orta məktəbinin məzunu Mirvari Nəsirovadır. O, ali məktəblərə keçirilən qəbul imtahanlarında 677 bal toplayaraq, rayon üzrə ən çox bal toplayan tələbə adını qazanb. Mirvari Nəsirova IV ixtisas qrupu üzrə imtahan verib. Tədris aldığı Aslanoba kənd tam orta məktəbində kimya fənni üzrə kadr çatışmazlığı yaşansa da bu çətinlik onu qorxutmayıb və repetitor hazırlığı olmadan o bütün fənlərdən yüksək nəticə əldə edib.
OXŞAR XƏBƏRLƏR