“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
SOSİAL
16:43 09.06.2026
139
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin  G42 "Presight” şirkəti ilə tərəfdaşlıq çərçivəsində "Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib.

Rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir.

Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun öyrənmə tempinə uyğun dəstək təqdim edir. Çətin fizika mövzusunun izahı və ya məktəbdən sonra riyaziyyat məsələlərinin addım-addım həlli kimi hallarda rəqəmsal köməkçi şagirdlərə yalnız dərs zamanı deyil, ehtiyac duyduqları istənilən vaxt fərdi dəstək göstərir. 

Rəqəmsal tədris köməkçisindən istifadə etmək üçün şagirdlər "Rəqəmsal məktəb” platformasında öz şagird kabinetlərinə daxil olmalı və "Tətbiqlər” bölməsində yerləşdirilmiş "Rəqəmsal köməkçi” xidmətini seçməlidirlər.

Hazırda xidmət sınaq və öyrənmə mərhələsindədir. Rəqəmsal köməkçi əsasən riyaziyyat və təbiət elmləri üzrə təlimləndirilib. Digər fənlər üzrə təlim və təkmilləşdirmə prosesi davam etdiyindən cavablarda müəyyən qeyri-dəqiqliklər ola bilər. Təqdim olunan cavablar öyrənmə prosesinə dəstək xarakteri daşıyır və zəruri hallarda müəllim izahı ilə tamamlanmalıdır.

Rəqəmsal tədris köməkçisinin istifadəyə verilməsi təhsildə rəqəmsal transformasiyanın dərinləşdirilməsi, təhsil xidmətlərinin əlçatanlığının artırılması və müasir texnologiyaların tədris prosesinə inteqrasiyası istiqamətində mühüm addımdır. Yeni həll şagirdlərin biliklərini möhkəmləndirməsinə, tədris materiallarını daha səmərəli mənimsəməsinə və öyrənməyə marağının artırılmasına xidmət edir.

Qeyd edək ki, rəqəmsal köməkçi yerli generativ süni intellekt həlli kimi hazırlanıb və İqtisadiyyat Nazirliyinin yüksək məhsuldarlıqlı hesablama infrastrukturu üzərində, ölkə daxilində yerləşən texnoloji mühitdə yerləşdirilib. Həllin yerli infrastrukturda yerləşdirilməsi məlumatların ölkə daxilində saxlanılması və təhsil sahəsində süni intellekt imkanlarının milli rəqəmsal ekosistem çərçivəsində inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Həllin yaradılması 2025-ci ilin sentyabrında Elm və Təhsil Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin G42 qrupuna daxil olan "Presight” şirkəti arasında təhsil sahəsində imzalanmış Anlaşma Memorandumu çərçivəsində mümkün olub. Sənəd təhsildə süni intellektin tətbiqini, şagirdlər üçün süni intellekt əsaslı mentorların, müəllimlər üçün rəqəmsal köməkçilərin hazırlanmasını, eləcə də təhsil yönümlü Azərbaycan dili modellərinin inteqrasiyasını nəzərdə tutur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi