Rəqsanə "şifoner"in 'altında qaldı'

MAQAZİN
16:25 20.07.2012
3616
Tanınmış müğənni Rəqsanənin başına gələn qəribə hadisələr artıq heç kimi təəccübləndirmir.
AZXEBER.COM-un Day.az saytına istinadən verdiyi xəbərə görə, müğənninin yenə də başına iş gəlib. Yenicə Tailanddan istirahətdən qayıdan müğənninin üzərinə dolabın qapısı düşüb. Nəticədə müğənni müxtəlif bədən xəsarətləri alıb."Gecə "şifoner"də eşələnirdim. Birdən "şifoner"in qapısı çıxıb üstümə düşdü. Özüm də bilmədim ki, nə vaxt "şifoner"in altında qaldım. Şükür Allaha ki, dəhşətli bir şey baş vermədi, lakin bütün sinəm yaradır və ağrıyır. "Şifoner"in özü yox, yalnız qapısı düşüb. Yoxsa indi sizinlə danışa bilməzdim", - müğənni açıqlamasında deyib.

OXŞAR XƏBƏRLƏR