“Rəşad böyük qüvvədir, böyük kapitandır” - Qurban Qurbanov

“Rəşad böyük qüvvədir, böyük kapitandır” - Qurban Qurbanov
İDMAN
22:08 05.05.2019
4437
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Səbail"ə evdə 3:1 hesabıyla qalib gələərək tarixində 7-ci dəfə çempionluq qazandığı matçdan sonra mətbuat konfransı keçirib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis ilk olaraq görüş haqda danışıb.

- İlk öncə futbolçulatrımızı, rəhbərliyimizi, azarkeşlərimizi təbrik etmək istəyirəm. Sonadək bizimlə oldular. Hər şey sonda bizim üçün uğurlu oldu ki, buna görə şadam. Liderliyi ələ keçirdik, sonadək qoruduq. Aftandil Hacıyevi də təbrik etmək istəyirəm ki, ilk medalı, avrokuboklara vəsiqəni qazandı. Az bir müddətdə çox iş gördülər.

- Son tur formal xarakter daşıyacaq. Əsas heyətdə oynamağI düşünürsünüz?

 - Bəli, formal xarakter olmasını düşünə bilərik. Ancaq maksimum hazır olmağa çalışacağıq. Ola bilər ki, futbolçularda arxayınlıq olsun. Ancaq azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. Heyətdə dəyişikliklər mümkündü. Ancaq ümumi işimizə məsuliyyətlə yanacaçağıq.

- Çempionlar Liqası öncəsi yola salacağınız, cəlb edəcəyiniz futbolçuları müəyyənləşdirmisiniz?

- Açığı, həmişə dediyim kimi, axtarışlar, futbolçularla danışıqlar gedir. İstərdim ki, bir neçə futbolçu cəlb edək. Ancaq çətindi. Gedəcək futbolçuların siyahısı çox olmayacaq. Hər bir futbolçu bizim üçün dəyərlidi. Ancaq bəzən amillər var ki, yollarla ayırmalı olacağıq. Yaxın vaxtlarda bunu həll etməyə çalışırıq.

- Reynaldo Silvanın "Qarabağ"dan ayrılaraq "Neftçi"yə danışıqlar apardığı deyilir. Bu, nə dərəcədə doğrudu?

- Belə bir məlumatım yoxdu. Reynaldoyla "6 ay +1 il" şərtilə müqaviləmiz var. Hələ heç bir fikir bildirə bilmərəm. "Neftçi"ylə danışıqlardan xəbərim yoxdu.

 - Hansı çempionluq sizin üçün xüsusi olub?

- İstədiyimiz nöqtəyə çatmaq asandı, ancaq orda qalmaq çətindi. Titul qorumaq daha çətindi. Hər sonrakı çempionluq bizim üçün daha əziz olur. Çünki hər il əziyyət çəkirik. Hamını razı salmağımız lazımdı. "Neftçi"yə arzulamaq istərdim. Bu mövsüm tam fərqli oyun göstərdi. Çempionluğa çox istəkli idi. Ancaq özümüz istəyirik ki, qələbəylə nəticə əldə edək. Desəm ki, "Neftçi"ni həmişı məğlub olmağını istəmişik, yalançı olaram. O haqda yox, öz oyunumuzu düşünmüşük. Lakin az da olsa fikrin rəqibdə qalır. Bu il çempionatımız maraqlı oldu.

- Çempion olduğunuz əvvəlki mövsümlərlə müqayisədə xal yox, qolların sayı çox fərqli oldu. Budəfəki məhsuldarlığınızı nəylə əlaqələdirnmək olar?

- Açığı, toplarım sayına baxmamışam. Bu il qış fasiləsindən sonra komandamız məhsuldar oyun göstərdi. Əlbəttə, hər oyunda qalib gəlməyə və mütləq şəkildə çox qol vurmağa çalışırıq. Məhsuldarlıq yuxarıdırsa, deməli, nəticə düzgündü.

- Mövsümün ilk yarısını və sonrakını müqayisə etsək, demək olarmı ki, sizdə millidə işləmək, avrokuboklarda qrupda çıxış etməyiniz tam motivasiya olmağa maneçilik törətdi?

- Belə deməzdim. Əsas mövsümün sonunda komandanın hansı vəziyyətdə olmasıdı. Mövsümün ilk yarısında hamı aktiv olur. Həm də ik dövrədə texniki məğlubiyətimiz oldu və qış fasiləsinə 3 xal geridə çıxdıq. Bu, böyük fərq deyildi. İkinci yarıda daha çıxış etməyimiz milli komandada olmağımla bağlı deyildi. Futbolçular tam rahat çıxdılar və hamı fikrini sırf çempionata yönətldi. Antalyada çox yaxşı hazırlıq keçdik.

- "Qarabağ"da yetirmələriniz olan Aftandil Hacıyev medalçı oldu, Ayxan Abbasov isə finala çıxdı. Bu gənc mütəxəssislərin işinə və onların komandalarına necə qiymət verərdiniz?

 - Hər iki məşqçi haqda fikrim əlbəttə, çox müsbətdi. Həm də insan kimi. Peşələrini sevirlər, işlərinə məsuliyyətlə yanaşırlar. Hər ikisinə uğurlar arzulayıram. Həmişə işlərinə yanaşmalarından razı qalmışam. Düzdür, "Qarabağ"da son illərində oynayırdılar, ancaq iş saatlarından faydalı yararlanırdılar. Onların uğuru əziyyətlərinin bəhrəsidi. Gələcəkdə bu məşçqçilərin komandalarına qarşı oynamaq bizim üçün çətin olacaq. Düzdür, "Sumqayıt"da qış fasiləsindən sonra eniş oldu, ancaq sonda toparlandı. Hacıyevin komandasında futbolçular bir-birini tamamlayırdlar. Maraqlı komandası vardı.

- Uğurunuzda böyük rolu kapitan Rəşad Sadıqovun "Qarabağ"da gələcək taleyini necə görürsünüz? Futbolçu karyerasını davam etdirəcək?

- Rəşad bu komanda üçün böyük qüvvədi, böyük kapitandı. Qışdan bu yana ikinci cavanlığını qaytardıq, öz çıxışını daha da yaxşılaşdırdı. Bu komanda üçün nə qədər dəyərli olduğunu göstərdi. Rəşadın hələ oynamağa gücü var. O, bu komanda üçün vacib futbolçudu.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi