Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni faktlar - Foto

Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni faktlar - Foto
SOSİAL
09:58 13.02.2026
1086
Fevralın 12-nə keçən gecə 64 yaşlı Rəşad Əliyevin Nardaran qəsəbəsindəki evində dəm qazından boğularaq öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəyə bağ evinin zirzəmisində quraşdırılmış kombi səbəb olub.

Belə ki, kombi aparatının yanmış dəm qazının çölə ötürən hissəsində yaranmış nasazlıq karbon monoksidin zirzəmiyə dolmasına səbəb olub. Daha sonra dəm qazı yuxarı mərtəbəyə qədər yayılıb və evdə olan Rəşad Əliyevlə həyat yoldaşı Dilarə Əliyevanın zəhərlənməsinə səbəb olub. R.Əliyev hadisə yerində vəfat edib. Həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Əliyev son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib. Belə ki, Rəşad Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub.

O, daha sonra bizneslə məşğul olmağa başlayıb. "Toyota Bakı Mərkəzi”nin baş direktoru, "İSR Avto”nun direktoru, "İmprotex Motors”un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə "IZIA Development” şirkətinin direktoru kimi çalışırmış.

Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub.

"Qırmızı əmək bayrağı” ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Onu da qeyd edək ki, Rəşad Əliyev məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, "Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur. Rəşad Əliyevin anası Roza Əliyeva Dövlət İdarəçilik Akademiyasının dosentidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
19:36 06.11.2026
"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır