Rəşad Həsənov: “Bu, gözəl stimuldur” - Uğur formulu

Rəşad Həsənov: “Bu, gözəl stimuldur” - Uğur formulu
GƏNCLİK
14:28 20.11.2013
1918
Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş "facebook" səhifəsində gənc yaşda uğur qazanmış insanların "uğur formulu" paylaşılır.
AZXEBER.COM xəbər verir ki, bu dəfə səhifənin qonağı hazırda Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili alan Rəşad Həsənov olub. Rəşad 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu Fərqlənmə Diplomu ilə bitirib.Sonra “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı” ilə Böyük Britaniyanın Qlazqo Universitetində “İqtisadi və maliyyə sektorlarının idarə olunması” ixtisası üzrə magistr dərəcəsi alıb. Hələ tələbə ikən BMT-nin Bakı ofisi və digər qurumlarda təcrübə keçib, Azərbaycan Mərkəzi Bankında çalışıb. Hazırda Avstraliyanın Viktoriya Ştatının Maliyyə və Vergi Departamentində işləyir.
Rəşad Həsənovun müsahibəsini təqdim edirik:

-Demək olar ki, planetin bir-birinə əks nöqtələrində oxuyub, işləmisiniz. Qarşıya qoyduğunuz məqsəd nədir?

-Peşəkar iqtisadçı olmaq istəyirəm. Adətən gənclər magistr dərəcəsi aldıqdan sonra karyera qurmağa can atırlar. Mən isə doktorantura haqda fikirləşirdim. Amma düşünürdüm ki, təhsil müddətində işləmək də pis olmazdı. Bu istəklərimin hamısını reallaşdıra bildim. İqtisadiyyatı öyrənmək baxımından Avstraliya cəlbedici görünürdü. Çünki Avropa ölkələri hələ iqtisadi böhrandan canını qurtara bilmədiyi halda, Avstraliya iqtisadiyyatı son bir neçə ildə sürətlə inkişaf etməkdədir. Beləliklə, ötən il Melburna getdim.

Burada keçmiş maliyyə böhranlarının ortaq cəhətləri, onlardan qaçılmasının yolları, dövlətlərin və beynəlxalq maliyyə təşkilatlarının belə situasiyalarda atacağı addımlar və s. kimi suallara cavab axtardığım elmi tədqiqatla məşğulam.

-Amma uğurlu təhsillə yanaşı, həm də Avstraliyada dövlət işində çalışırsınız. Bu sahədə təcrübəniz elmi işinizdə necə kömək edir?

-Çox faydalıdır. Artıq 1 ildir ki, Viktoriya ştatının Maliyyə və Vergi Departamentinin İqtisadi və Gəlir Proqnozlaşdırması şöbəsində çalışıram. Burada işə düzəlməyim də çətin başa gəldi. 97 nəfər arasında seçilən 3 nəfərdən biri olmuşdum. Hazırda vergi gəlirlərinin proqnozlaşdırılması, bu sahədə araşdırmaların aparılmasında iştirak edirəm. Qatıldığım ən böyük layihə Viktoriya ştatında əhalinin yaşlanmasının gəlirlərə necə təsir etməsi ilə bağlı hesabatın hazırlanmasıdır.

Onu da deyim ki, bu il dekabrın sonunda Azərbaycan Diplomatik Akademiyanın təşkil etdiyi seminara dəvət almışam. ADA artıq 8-ci dəfədir ki, xaricdə təhsil alan azərbaycanlı PhD tələbələrini bir araya toplayaraq onlara öz işlərini təqdim etmək imkanı yaradır. Ümumiyyətlə, bir müddətsonra Vətənə qayıdıb bilik və iş təcrübəmi milli iqtisadiyyatımızın inkişafına sərf etməyi düşünürəm.

-Avstraliyada Azərbaycanı necə tanıdırsınız?

-Əvvəlcə onu deyim ki, burada əhalinin demək olar hər 3 nəfərindən 1-i immiqrantdır. Məhz bunun nəticəsində ölkədə çox müxtəlif mədəniyyətlərin nümayəndələri ilə rastlaşmaq olar.

Avstraliyada Azərbaycan səfirliyi cəmi bir neçə ay bundan əvvəl fəaliyyətə başlayıb. Səfirlik əməkdaşları mənimlə və burada yaşayan bir neçə soydaşımızla əlaqə saxlayanda çox sevindim. Bildirdilər ki, hər hansı problem, arzu və istəklərimiz olacağı təqdirdə, onlara müraciət edə bilərik. Ölkəmizdən on minlərlə km aralıda belə doğma münasibət görmək çox xoş idi. Harada olsaq da, Azərbaycan dövlətini öz arxamızda hiss edirik. Bu, sözlə ifadə edilməyəcək qədər gözəl stimuldur.

Həm iş yerində, həm də universitetdə özümü Azərbaycan dövlətinin mənə bəslədiyi etimada layiq aparmağa, Vətənimiz haqda xaricilərə bol məlumat verməyə çalışıram.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
La Liqada ən yaxşı futbolçu AÇIQLANDI
23:30 24.04.2025
La Liqada ən yaxşı futbolçu AÇIQLANDI
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
23:16 24.04.2025
Türkiyə XİN: 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik
Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir
23:09 24.04.2025
Pensiyaçılara şad xəbər - Yeni qayda tətbiq edilir
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
22:50 24.04.2025
Erməni təxribatının qarşısını alan tələbələrimiz danışdı - Video
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
22:41 24.04.2025
Rəşad Dağlıya görə “Space TV”yə xəbərdarlıq edildi
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
22:40 24.04.2025
Hərbi institut tələbələrinə hər ay bu qədər vəsait veriləcək
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
22:29 24.04.2025
KİV: Qəzzada yaşayış binasının atəşə tutulması nəticəsində 7 fələstinli ölüb
Harvard demokratiya üçün təhlükədir - Tramp
22:14 24.04.2025
Harvard demokratiya üçün təhlükədir - Tramp
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
22:10 24.04.2025
İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi
İntihara cəhd edən qazinin son durumu açıqlandı
21:53 24.04.2025
İntihara cəhd edən qazinin son durumu açıqlandı
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
21:50 24.04.2025
Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etməyib
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
21:40 24.04.2025
Ermənistan silahlı qüvvələrinin Azərbaycan vertolyotunu vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Siyəzəndə kişi küçədə infarktdan öldü
21:32 24.04.2025
Siyəzəndə kişi küçədə infarktdan öldü
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
21:10 24.04.2025
Türkiyə Ermənistana münasibətlərin normallaşmasına dəstəklə bağlı çağırış edib
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
21:03 24.04.2025
KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
20:47 24.04.2025
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı