Rəşad İlyasovun aqibəti necə olacaq?

Rəşad İlyasovun aqibəti necə olacaq?
MAQAZİN
13:24 08.04.2019
6875
"Space" telekanalının "Hər səhər" verilişində müğənni Rüfət Axundovun işlətdiyi qeyri-etik ifadələr ölkə gündəmini zəbt edib. Hətta bu söyüş ifaçının Azərbaycan telekanallarına qadağası ilə nəticələnib. 

Proqramın aparıcısı Anar Vaqifoğlu, səs rejissoru Etibar Mustafayev də işdən qovulub. Bəs görəsən, efirdə qonaq olan əməkdar artist Rəşad İlyasovun aqibəti necə olacaq? 

Veriliş zamanı Rüfətlə birlikdə mahnını zümzümə edən Rəşadın da onun söyüşlərini təkrarlayaraq, aparıcıya tərəf gülə-gülə həmin ifadələri işlətməsi diqqətdən qaçmayıb. Müğənni özü məsələ ilə bağlı susma mövqeyini seçib. O, zənglərə cavab vermir. Hətta R.İlyasovun AzTV-nin solistliyindən çıxarılması haqda şayiələr də yayılıb. 

MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov əməkdaşımızla söhbətində İlyasovla bağlı sualları cavablandırıb. O bildirib ki, R.İlyasova qarşı heç bir tədbir görülməyəcək:

"Məsələnin fərdiləşdirilməsinin əleyhinəyik, prinsip olaraq ifadəni işlədən şəxs oradan yığışdırılsın ki, həm cəmiyyətdə narazıçılıqlar səngisin. Cəmiyyət də görsün ki, belə halların qarşısının alınmasında şura qətiyyətlidir. Bunu fərdiləşdirməyək, hamıya gələcəkdə də dərs olsun ki, efirə çıxanda məsuliyyətli olmaq lazımdır. Həm müğənni, həm kanalların texniki heyəti diqqətli olmalıdır. O ki qaldı Rəşad İlyasova... 

Videoda görünür ki, söyüşlü ifadələri işlədən Rüfət Axundovdur.  Dövlət qurumu elə xırdaçılığa getməyi düşünmür. Biz kanala xəbərdarlığımızı etmişik. Rəşad İlyasovla bağlı məsələ aktual deyil. Burada söhbət ondan yox, digər tərəfdən gedir".

Məsələdə adı hallanan Rüfət Axundov, Anar Vaqifoğlu zənglərə cavab vermir, məsələ ilə bağlı danışmamaq qərarı alıb. 

Qeyd edək ki, Rüfət efir zamanı fonoqramla mahnı oxuyarkən qeyri-etik ifadələr işlədib. Səs rejissorunun mikrofonu bağlamağı unutması nəticəsində söyüş efirə gedib.
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qripin fəsadlarından qorunun – müayinə və müalicə xərcləri  icbari tibbi sığorta ilə qarşılanır
12:08 19.03.2025
Qripin fəsadlarından qorunun – müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTOLAR
12:04 19.03.2025
İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - FOTOLAR
Həftədə 6 gün işləyənlər bayramlarda neçə gün evdə olacaq?
11:56 19.03.2025
Həftədə 6 gün işləyənlər bayramlarda neçə gün evdə olacaq?
Bu gün qısaldılmış iş günüdür
11:53 19.03.2025
Bu gün qısaldılmış iş günüdür
Ekrem İmamoğlunun saxlanılması ilə bağlı təfərrüat: Hansı cinayətlərdə ittiham olunur?
11:45 19.03.2025
Ekrem İmamoğlunun saxlanılması ilə bağlı təfərrüat: Hansı cinayətlərdə ittiham olunur?
Rusiya-Ukrayna müharibəsində yeni mərhələ - Sülh danışıqları bu tarixdə müzakirə olunacaq
11:27 19.03.2025
Rusiya-Ukrayna müharibəsində yeni mərhələ - Sülh danışıqları bu tarixdə müzakirə olunacaq
"Mahnılarımın ata-anası mənəm, Vəfa isə dayəsidir" - Şöhrətdən maraqlı bənzətmə
11:23 19.03.2025
"Mahnılarımın ata-anası mənəm, Vəfa isə dayəsidir" - Şöhrətdən maraqlı bənzətmə
Azərbaycanda dəhşətli yanğın - ana, qızı və nəvəsi yanaraq öldü
11:08 19.03.2025
Azərbaycanda dəhşətli yanğın - ana, qızı və nəvəsi yanaraq öldü
Övladları ilə bağlı verilən sual Üzeyiri əsəbiləşdirdi
11:03 19.03.2025
Övladları ilə bağlı verilən sual Üzeyiri əsəbiləşdirdi
İngiltərədə 5 milyonluq qızıl unitaz oğurlandı
10:52 19.03.2025
İngiltərədə 5 milyonluq qızıl unitaz oğurlandı
Məşhur türkiyəli musiqiçi polis tərəfindən saxlanıldı
10:52 19.03.2025
Məşhur türkiyəli musiqiçi polis tərəfindən saxlanıldı
Xalq artisti Tünzalə Ağayeva Xankəndidə - VİDEO
10:42 19.03.2025
Xalq artisti Tünzalə Ağayeva Xankəndidə - VİDEO
İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət aldı
10:42 19.03.2025
İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət aldı
“Kontakt” artıq Naxçıvanda - Açılışa özəl 60%-dək endirim
10:36 19.03.2025
“Kontakt” artıq Naxçıvanda - Açılışa özəl 60%-dək endirim
Azər Türk Bankdan müştərilərinə bayram günlərində 5% cashback
10:20 19.03.2025
Azər Türk Bankdan müştərilərinə bayram günlərində 5% cashback
Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər təqdim ediləcək -   Bu tarixdə
10:03 19.03.2025
Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər təqdim ediləcək - Bu tarixdə