Rəşad Məcid: 'Darıxmayın, yaxın günlərdə onları da çap edəcəyik!'

Rəşad Məcid:
Bütün Xəbərlər
18:02 17.04.2012
1069
Son iki gündə Azərbaycan mediasında əsas müzakirə mövzularından biri də Yazıçılar Birliyinin sədri Anarın gənc yazarlara həcv yazması ilə bağlı məsələdir. Bu mövzu həm də sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib.
Anarı yazdığı həcvə görə ittiham edənlərə cavab verən AYB-nin Gənclər üzrə katibi Rəşad Məcid facebook sosial şəbəkəsində jurnalist Xədicə İsmayılovanın statusuna belə cavab verib: “Anar müəllimin yeni həcvləri də var! Darıxmayın, yaxın günlərdə onları da çap edəcəyik! Hələ “Nə yemisən turşulu aş” və “Yaşasın səs azadlığı” hekayələrini də yenidən çap etmək fikrimiz var. Nəzərdən qaçırmayın” . (qafqazinfo.az)
OXŞAR XƏBƏRLƏR